Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3633/2025 23.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 30 oktyabr 2020-ci il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında əsassız hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2020-ci il tarixli ******* saylı akt əsasında abonent hesabına yazılmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1i ünvanında yaşayır, evində təbi qazdan istifadə edərək, aylıq ödənişləri vaxtı-vaxtında edir. 2020-ci ilin sonlarında Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları ünvan 1ində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Bu barədə 30 oktyabr 2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin aktda guya sayğaca müdaxilə edildiyi göstərilmişdir. Həmin aktı əsassız hesab edir. Belə ki, sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacında aşkar edilmiş qüsurdan onun (iddiaçının) məlumatı yoxdur. Aktdan onun məlumatı olmayıb və akta imza atmayıb. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, özü şəhid ailəsi üzvüdür. Sayğaca isə tərəfindən hər hansı müdaxilə edilməyib. Sayğacı söküb aparmışlar, sonradan isə məlumatı olmuşdur ki, cərimələnib və cərimənin səbəbi guya sayğaca müdaxilə edilməsidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, ünvan 1i unvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış “Elster” markalı sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İşdə olan Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 30 oktyabr 2020-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 1i unvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış “G-4”markalı 10273373 saylı qaz sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşiliməsinin aşkar edilməsi qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə 2020-ci ilin oktyabr ayına olan borcu 216 manat təşkil edir. İşdə olan Lənkəran X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1i unvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı 10273373 saylı qaz sayğacının plastmas qapağının alt hissəsinin deşilməsi nəticəsində 2160 m3 itirilmiş qaz ziyan hesablanmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bədəlova X1 unvanında yerləşən fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edir. xx.xx.2020-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən onun evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün çıxarılmışıdr. 30 oktyabr 2020-ci il tarixdə akt tərtib edilmiş, aktda qaz sayğacın plastmas qapağının alt hissəsinin deşilməsinin aşkar edilməsi qeyd olunmuş və bu səbəbdən cərimə olunmuşdur. İddiaçı həmin akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun (müdaxilənin) iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edilmişdir. Buna görə də qeyd olunan həmin mübahisəli borc əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Məhkəmə hesab edir ki, sayğaca müdaxilənin məhz iddiaçı tərəfindən edildiyinin sübut edilməsi yükü cavabdehin üzərində olmuşdur, lakin cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəməyə ərizə göndərərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB Lənkəran X5 İdarəsi tərəfindən İddiaçı abonent hesabına hesablanmış 216 manat cərimə silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3633/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3633/2025
23.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver