Azərbaycan Respublikası adından Qətnamə Cəlilabad rayonu İş № 2(073)-3783/2025 10.03.2026 CƏLILABAD RAYON MƏHKƏMƏSI Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı Cavabdeh İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## ###### 2018-ci il tarixli, ******* saylı akta əsasən onun abonent hesabına əsassız olaraq hesablanmış 1036,80 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## ###### 2018-ci il tarixli, ******* saylı akta əsasən onun abonent hesabına əsassız olaraq hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Alar kəndində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin, 2018-ci ilin yay aylarında Cavabdeh İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismer İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları onun Cəlilabad rayonu, Alar kəndində yerləşən evin sayğacına baxış keçirmiş və həmin sayğacın istismar müddəti bitdiyi üçün çıxararaq aparmışlar. Yeni sayğac quraşdırılmış və bu barədə ## ### 2018-ci il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Həmin vaxt köhnə sayğacda kənar müdaxilənin olması barədə hər hansı bir irad və ya akt tərtib olunmamışdır. Lakin, sonradan ## ###### 2018-ci il tarixə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. O, sayğaca heç bir müdaxilə olunmadığını onlara bildirdim. Belə ki, həmin evdə yaşadığı vaxta qədər Cavabdeh İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına mütəmadi olaraq baxış keçirmişlər və belə bir müdaxilə olmuş olsaydı nəzarətçilər bunu aşkar edərdilər. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan məlumatı olmuşdur. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aktın əslini cavabdehdən tələb etsə də, əldə edə bilməmiş və məhkəmə qaydasında tələb olunacağı halda məhkəməyə göndəriləcəyi bildirilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında ## ### 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Elestr” markalı, G-4 tipli ******** nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının ekranının gövdədən ayrılması barədə qeydlər aparılmışdır. İşdə olan Cavabdeh İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» ## ###### 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacının hesablama mexanizminin gövdədən ayrılması müəyyən olunmuşdur və sayğacın və itirilmiş qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İşdə olan Cavabdeh İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsi tərəfindən verilmiş ## ###### 2018-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsindən» görünür ki, İddiaçı məxsus yaşayış evinə quraşdırılmış Elestr markalı, G-4 tipli, ******* nömrəli qaz sayğacına ümumi baxış keçirilmiş, sayğacının hesablama mexanizminin gövdədən ayrılması müəyyən edilmiş və həmin sayğacın istismara yararsız olması nəticəsində itirilmiş qazın sərfiyyatının 5184 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2018-ci ilin dekabr ayına 1036,80 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Alar kəndində yaşayır. Onun yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə ödənişlər etmiş və bu barədə çoxsaylı qəbzləri vardır. Yaşadığı evin qaz sayğacına ## ###### 2018ci il tarixdə Cavabdeh İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilərkən sayğacının hesablama mexanizminin gövdədən ayrılması müəyyən edilmiş və nəticədə sayğaca ziyan dəymişdir. Həmin vaxt dərhal Qaz İstismarı İdarəsinin əməkdaşlarına məlumat verilmişdir, qarşılığında rəhbərlik tərəfindən nəzərə alınacağı bildirilmişdir. Lakin onun məlumatı olmadan həmin evə baxış keçirilmişdir və aşadığı evə “Elestr” markalı, G-4 tipli ******** nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilərkən tərtib olunmuş aktda onun yaşadığı evdən açılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli sayğacının hesablama mexanizminin gövdədən ayrılması bildirilmişdir. Bu səbəbdən də müdaxilə kimi qiymətləndirib, ## ###### 2018-ci il tarixli, ******* nömrəli aktla əlavə olaraq qaz itkisinə görə ona 1036,80 manat borc yazılmışdır. Həmin akt heç kim tərəfindən imza edilməmişdir. Həmin sayğac dəyişdirilib yenisi ilə əvəz olunmuşdur. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı olmadan təmin edilmiş və həmin aktdan sonradan məlumatı olmuşdur. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. İddiaçı İddiaçı bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmiş, qaz sayğacına da heç bir müdaxilə etməmiş, qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Göründüyü kimi ## ###### 2018-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 5184 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş ## ###### 2018-ci il tarixli, ******* saylı akta əsasən iddiaçının abonent hesabına əsassız hesablanmış 1036,80 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin ## ##### 2016-cı il tarixli,*** nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## ###### 2018-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1036,80 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh İstehsalat Birliyi Lənkəran Regional Qaz İstismar İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş ## ###### 2018-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3783/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3783/2025
10.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver