Məhkəmə qərarları › İş №2(073)-383/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-383/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-383/2023 21.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçi1 və Ərizəçi2 sənədin məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə 21 fevral 2023-cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-323A, Kod: ********* nömrəli şəhadətnamənin digər mülkiyyətçilər (Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7) ilə birlikdə onlara, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə ailə üzvlərinə 0,25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə onlara JN-323A KOD ********* olan torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin sənəddə onun adı “Vüsalə” əvəzinə “Vəsilə” kimi, anası Ərizəçi2 “ata adı” qrafasında ata adı “Tıpış” əvəzinə səhvən “Tapış” kimi yazılmışdır. Bütün bu səhvlər onlara sənədləşmə işində problemlər yaradır. Bu yanlışlığın düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 nömrəli Cəlilabad Ərazi İdarəsinə müraciət etsə də, orada ona bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər Ərizəçi2 da, Ərizəçi1 ilə eyni məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxslər -Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi və digər maraqlı şəxslər -Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 məhkəməyə gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məlumat verilmədiklərindən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-323A, kod: ********* nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1977-ci il tarixli, 35 nömrəli qərarı ilə Maraqlı şəxs2, Ərizəçi2 Tapış qızı, X3, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Cəlilabad Rayon İHB-nin Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, 1982 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs2 məxsus JN-323A kod: 80600048 nömrəli şəhadətnamə tərtib olunarkən texniki səhv nəticəsində onun ailə üzlərinin adı səhv yazılmışdır. Əslində “X5” qızı “Ərizəçi1” kimi yazılmalıdır. İş materiallarında olan Cəlilabad Rayon İHB-nin Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 23 noyabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, JN-323A Kod: 80600048 nömrəli şəhadətnamə tərtib olunarkən texniki səhv nəticəsində mülkiyyətçilərdən Ərizəçi1 adı “Vəsilə” kimi və Ərizəçi2 ata adı isə “Tapış” kimi qeyd edilmişdir. Əslində “X5” qızı “Ərizəçi1” qızı kimi, “Ərizəçi2 Tapış” qızı “Ərizəçi2” qızı kimi yazılmalıdır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi1dır. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, digər ərizəçinin adı Ərizəçi2dır. İş materiallarında olan XN-JQ № 353608 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonu Noqolovka kəndində doğulmuşdur. Atası Maraqlı şəxs2, anası isə X1r. İş materiallarında olan N-JQ № 377861 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X2 arasında xx.xx.1980-ci ildə Cəlilabad rayonu Noqolovka kəndində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydlərində 33 nömrə ilə qeyd edilmişdir. Arvada Tağıyeva soyadı verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 879/12 nömrəli arayışdan görünür ki, xx.xx.1958-ci il tarixdə Cəlilabad rayon Uzuntəpə kəndində anadan olmuş (İsmiyeva) Ərizəçi2 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə yoxlama aparılmış, (İsmiyeva) Ərizəçi2 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Maraqlı şəxs2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********52 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs2 torpağın mülkiyyətə verilməsinə dair JN- 323A Kod: 80600048 nömrəli şəhadətnamədə düzəlişin edilməsi barədə ərizəsinə 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmış, şəhadətnamədə düzəliş edilməsi qurumun səlahiyyəti xaricində olduğu üçün ona bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə Maraqlı şəxs2, Ərizəçi2 Tapış qızı, X3, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7 Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-323A, kod: 80600048 nömrəli dövlət aktında mülkiyyətçilərin adları qeyd olunmuş müvafiq səhifədə 2-ci qrafada Ərizəçi2 ata adı səhvən “Tapış”, 5-ci qrafada Ərizəçi1 adı isə səhvən “Vəsilə ” kimi yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-323A, kod: 80600048 nömrəli şəhadətnamənin digər mülkiyyətçilər (Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7) ilə birlikdə Ərizəçi2 (2-ci qrafadakı mülkiyyətçi) və Ərizəçi1 (5-ci qrafadakı mülkiyyətçi) məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,233 və 311ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 nömrəli qərarı ilə verilmiş 0,25 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN- 323A, kod: 80600048 nömrəli şəhadətnamənin digər mülkiyyətçilər (Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Maraqlı şəxs7) ilə birlikdə Ərizəçi2 (2-ci qrafadakı mülkiyyətçi) və Ərizəçi1 (5-ci qrafadakı mülkiyyətçi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar