Məhkəmə qərarları › İş №2(073)-385/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-385/2023

13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-385/2023 13.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 280421 saylı aktın etibarsız hesab edilməsinə və akt əsasında hesablanmış 622.79 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayonunun Xəlilabad kəndində özünə məxsus evdə yaşayır. Həmin evdə elektrik sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq elektrik enerjisindən istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. Sonuncu dəfə onun evinə elektrik sayğacı 11 il bundan əvvəl quraşdırılmışdər. Həmin vaxt köhnə sayğacı dəyişəndə əvəzinə təzə yox, haradansa çıxarılmış və hesabında 1000 manat borc olan köhnə sayğaç qurşdırılmışdır. O vaxtdan bu günədək həm nəzarətçiyə, həm də X4 dəfələrlə müraciət edib həmin borcun silinməsini xahiş etsə də, heç bir nəticəsi olmamışdır. O (iddiaçı) da bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-135/2023 saylı 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə onun (İddiaçı) şəxsi hesabında xx.xx.2011-ci ildə əsassız yazılmış 1000 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Lakin işıq pulunun qəbzi ona veriləndə orada əlavə 622.79 mnaat borc yazıldığını görmüşdür. Bununla bağlı təkrarən X4 getmiş və oradan ona bildirmişlər ki, guya evində kənar xətt aşkarlanmış və bununla bağlı akt tərtib edilmişdir. Aktın surətini ona təqdim etdikləri zaman ona məlum olmuşdur ki, guya xx.xx.2022-ci ildə "xxxx" ASC-in əməkdaşları yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi halı aşkar edilmiş, bu barədə 280421 saylı akt tərtib edərək, həmin akt əsasında 622.79 manat borc hesablamışlar. Sayğaca baxış keçirilərkən, həmçinin akt tərtib edilərkən nə onun, nə də ailə üzvlərinin iştirakı təmin edilməmiş, bununla bağlı heç bir məlumatları olmamışdır. Bununla bağlı "xxxx" ASC-in Lənkəran Regional İdarəsinə getmiş və oradad da ona bildirmişlər ki, həmin kənar xəttin çəkilişi var və həmin çəkilişə baxarkən məlum olmuşdur ki, onların kənar xətti aşkar etdikləri ev və sayğac ümumiyyətlə ona məxsus deyil Harada çəkildiyi ona (iddiaçıya) məlum olmayan həmin görüntülərdəki ünvan isə ona məxsus deyildir. Həmçinin, aktda qeyd edildiyi kimi orada aşkarlanmış sayğacın zavod nömrəsi onun sayğacı uyğun deyildir. Cavabdeh cəmiyyətin əməkdaşları həmin görüntüləri haradansa çəkərək sonradan onun barəsində akt yazmaqla onu cərimələmişlər. Onun cavabdeh cəmiyyətə heç bir borcu yoxdur. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 280421 saylı aktı və həmin akt əsasında hesablanmış borcu əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, 09 noyabr 2022-ci il tarixdə iddiaçının yaşadığı Cəlilabad rayonunun Xəlilabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı saycağın sxeminə müdaxilə edildiyi, abonentin sayğacdan kənar evə naqil çəkdiyi müəyyən edilmişdir. Həmin vaxt "xxxx" ASC-nin əməkdaşları baxışda iştirak etməsini iddiaçıya təklif etsələr də, iddiaçı bundan imtina etmişdir. İddiaçı tərəfindən sayğacdan kənar çəkilmiş naqil ləğv olunmuş və bu barədə 280421 saylı akt tərtib edilmişdir. İddiaçı həmin aktı imzalamaqdan imtna etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməiəlidir. Belə ki, işdə olan, "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 280421 saylı aktdan görünür ki, Cəlilabad rayonunun Xəlilabad kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı 1 bazalı elektrik sayğacının sixeminə müdaxilə edilərək abonentin sayğacdan kənar naqil qoşaraq 04 xəttlə mənzilinə apardığı müəyyən edilmiş və həmin kənar xətt "xxxx" ASC-nin əməkdaşları tərəfindən ləğv edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cəlilabad rayonunun Xəlilabad kənd sakini İddiaçı sayğacdan kənar xətt istifadə etməsi səbəbindən 622.79 manat cərimə hesablanmışdır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 2(073)-135/2023 saylı 17 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı şəxsi hesabında xx.xx.2011-ci ildə əsassız yazılmış 1000 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Cəlilabad rayonunun Xəlilabad kəndində yerləşən fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmış və "xxxx" ASC-in əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirən zaman xx.xx.2022ci ildə sayğacdan kənar xətt aşkar olunmuş, həmin kənar xət ləğv edilmiş və bu barədə 280421 saylı akt tərtib edilərək, iddiaçının hesabına 622.79 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə iclasında iddiaçı həmin mübahisələndirilən aktı əsassız hesab etdiyini göstərsə də, həmin halı təəsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı oğlduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar