Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-393/2023 25.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər «Azəriqaz» İstehsalat Birliyinə və «Azəriqaz» X1 xidmət sahəsinə qarşı cavabdeh təşkilat tərəfindən 21 avqust 2019-cu il tarixli, ******* nömrəli akta əsasən mərhum atası X2 yaşadığı evdən çıxarılmış sayğacın əvəzi olaraq quraşdırılmış yeni sayğaca görə alınmış 92 manat maddi ziyanın cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər «Azəriqaz» İstehsalat Birliyinə və «Azəriqaz» X1 xidmət sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat tərəfindən 21 avqust 2019-cu il tarixli, ******* nömrəli akta əsasən mərhum atası X2 yaşadığı evdən çıxarılmış sayğacın əvəzi olaraq quraşdırılmış yeni sayğaca görə alınmış 92 manat maddi ziyanın cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, hazırki mülki iş üzrə əlavə sübutların toplanması zərurəti yaranmışıdr. Ona görə də mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər «Azəriqaz» İstehsalat Birliyinə və «Azəriqaz» X1 xidmət sahəsinə qarşı cavabdeh təşkilat tərəfindən 21 avqust 2019-cu il tarixli, ******* nömrəli akta əsasən mərhum atası X2 yaşadığı evdən çıxarılmış sayğacın əvəzi olaraq quraşdırılmış yeni sayğaca görə alınmış 92 manat maddi ziyanın cavabdehlərdən alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin geri qaytarılmasını xahiş etdiyindən, mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-393/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-393/2023
25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver