Məhkəmə qərarları › İş №2(073)-41/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-41/2025

15.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-41/2025 15.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi 65 ünvanında yerləşən Cavabdeh məxsus kommersiya binasının arxa tərəfindən onun evinin dibinə söykənmiş üç metr hissəsinin sökülməsi tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi 65 ünvanında yerləşən Cavabdeh məxsus kommersiya binasının arxa tərəfindən onun evinin dibinə söykənmiş üç metr hissəsinin sökülməsi barədə qətnamə çıxrılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. 2000-ci illərdə Malik adlı qonşusu onun yaşadığı evin arxa hissəsində evinə bitişik olan hissədən başlayaraq kommersiya məqsədilə bina tikilmişdir. Bina tikilərkən o, dəfələrlə etiraz etmiş, lakin əvvəlki sahibi Malik adlı şəxs gələcəkdə heç bir maneə göstərməyəcəyini bildirmişdir. Hazırda həmin binada heç bir fəaliyyət göstərilmir, çünki onun yaşadığı evin bir metrliyində həyat və yaşayış üçün təhlükəli şərait yaranmışdır. Belə ki, hər hansı bir təbii fəlakət və ya başqa gözlənilməz hadisə baş verərsə, faciə ilə nəticələnər. Ona görə də o, daim qorxu içərisində yaşayır. Odu ki, həmin binanın ən azı 3 m hissəsi sökülməlidir ki, onun yaşadığı binanın arxa tərəfinə keçid mümkün olsun. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında Cavabdeh iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, o, İddiaçı tanımır. Lakin Malik adlı şəxsdən torpaq sahəsi və üzərində olan mağazanı almışdır. **********87-06301 reyestr nömrəli çıxarışa əsasən həmin mağaza öz mülkiyyətində olan torpaq sahəsindədir, iddiaçıya heç bir maneəsi yoxdur. Ona görə də, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********96-05101- 093002 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63,7 kv.m olan mənzil 06 may 2022-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********87-06301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0,006 hektar torpaq sahəsi 08 fevral 2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmışdır. Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2(073)-899/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli, 10/9769 saylı ekspert rəyindən və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin 15 aprel 2025-ci il tarixli, 3-21-3-44/2-2694/2025 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının tələb etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********96-05101-093002 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 63,7 kv.m mənzilin yerləşdiyi torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********96-05101-093002 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 63,7 kv.m mənzilin torpaq sahəsi cavabdeh X3 tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir və Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatı materialına görə iddiaçının tələb etdiyi torpaq sahəsində **********87-06301 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X1 məxsus 58,45 kv.m təşkil edən qeyri-yaşayış obyekti mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi 65 ünvanında yerləşən Cavabdeh məxsus kommersiya binasının arxa tərəfindən onun evinin dibinə söykənmiş üç metr hissəsinin sökülməsi tələbində haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin 15 aprel 2025-ci il tarixli, 3- 21-3-44/2-2694/2025 saylı mütəxəssis rəyinə əsasən, iddiaçının tələb etdiyi torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********96-05101-093002 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 63,7 kv.m mənzilin yerləşdiyi torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir, Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında **********96-05101-093002 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 63,7 kv.m mənzilin torpaq sahəsi cavabdeh X3 tərəfindən istifadə edilmədiyi müəyyən edilmişdir və Torpaqların elektron kadastr uçot informasiya sistemi baza məlumatı materialına görə iddiaçının tələb etdiyi torpaq sahəsində **********87-06301 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X1 məxsus 58,45 kv.m təşkil edən qeyri-yaşayış obyekti mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi 65 ünvanında yerləşən Cavabdeh məxsus kommersiya binasının arxa tərəfindən onun evinin dibinə söykənmiş üç metr hissəsinin sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş hər iki məhkəmə tikinti-texniki ekspertizasına görə İddiaçı 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış hər iki mütəxəssis mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. İş üzrə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu, iddia təmin edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi 65 ünvanında yerləşən Cavabdeh məxsus kommersiya binasının arxa tərəfindən onun evinin dibinə söykənmiş üç metr hissəsinin sökülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş iki məhkəmə mühəndis-texniki ekspertizasına görə İddiaçı 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış iki mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı özünə aid edilsin. İş üzrə iddia təmin edilmədiyindən İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar