Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-433/2023 06.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi JN-019 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-019 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilən xüsastları təsdiq edərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılması ilə əlaqədar Ərizəçi 02 mart 2023-cü il tarixdə sorğu göndərilmiş və sorğuda ərizəçidən mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərinin qanunamüvafiq qaydada təsdiq olunmuş surətlərinin 06 aprel 2023-cü il tarixə kimi məhkəməyə təqdim edilməsi göstərilsə də, Ərizəçi məhkəmə iclasında iştirak etməsinə baxmayaraq sorğuda tələb edilən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2 və 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı, hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259,263,264,266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Ərizəçi JN-019 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə vermiş şəxsə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardad rəsmi qaydada tərəfə verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-433/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-433/2023
06.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver