Məhkəmə qərarları › İş №2(073)-433/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-433/2024

07.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-433/2024 07.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan cərimənin silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə abonent hesabına əasassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatdayam və ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. Lakin 2023-cü ilin iyul ayında Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları yaşadığı ünvan 1 ünvanında yerləşən evin qaz sayğacına növbəti dövlət yoxlanışına göndərilməsi barədə baxış keçirmiş və həmin sayğacı çıxaraq aparmışlar. Bu barədə 28 noyabr 2023cü il tarixli akt tərtib edilmiş və həmin aktda hesablama mexanizmini qoruyucu plastmas qapağı sınıq kimi qeyd edilmişdir. Həmin fərdi yaşayış evinə məxsus olan qaz sayğacına Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları davamlı olaraq baxış keçirmişlər. Belə olan halda da Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin akta əasən qaz itkisinin olması, itirilmiş qazın hesablanması və dəyərinin ödənilməsi, nəticə etibarı ilə iddaçının borcunun olması göstərilmişdir. Həmin akt tərtib edilsə də, aktın imzalanması iddiaçı tərəfindən imtina edilmişdir. İddiaçı istifadə etdiyi hər qazın dəyərini hər ay davamlı olaraq ödədiyini bildirdi. Həmçinin bildirdi ki, yazılmış aktın ləğv edilməsi və əsassız yazılmış borcun silinməsi barədə Cavabdeh Lənkəran X2 İdarəsinə müraciət etsə də, cavabdeh təşkilat aktı ləğv etməmiş və əsassız yazılmış borcu silməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Etnas” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “GCZ” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsi ilə İddiaçı arasında bağlanmış 12 oktyabr 2023-cü il tarixli, XS-31-01925/23 saylı Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçınun Cəlilabad M.F.Axundov küçəsi ev 64-də yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə “GCZ” G-4 markalı, 12912460 nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 28 noyabr 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış **********7 nömrəli tipi “Etnas” G-4 markalı qaz sayğacında qaz itkisi olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsi tərəfindən verilmiş 30 noyabr 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacında qaz itkisi olması nəticəsində itirilmiş qazın sərfiyyatının 6480 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçınun adına akt üzrə borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus evə qaz sayğacı quraşdırılmış və iddiaçı bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. Lakin 2023-cü ilin noyabr ayında Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları yaşadığı ünvan 1 ünvanında yerləşən evin qaz sayğacına baxış keçirmiş və həmin sayğacı çıxaraq aparmışlar. Bu barədə 28 noyabr 2023-cü il tarixli akt tərtib edilmiş və həmin aktda hesablama hesablama mexanizmini qoruyucu plastmas qapağı sınıq kimi qeyd edilmişdir. Həmin fərdi yaşayış evinə məxsus olan qaz sayğacına Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları davamlı olaraq baxış keçirmişlər. Belə olan halda da Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin akta əasən qaz itkisinin olması, itirilmiş qazın hesablanması və dəyərinin ödənilməsi, nəticə etibarı ilə iddaçının borcunun olması göstərilmişdir. Həmin akt tərtib edilsə də, aktın imzalanması iddiaçı tərəfindən imtina edilmişdir. İddiaçı istifadə etdiyi hər qazın dəyərini hər ay davamlı olaraq ödədiyini bildirdi. Həmçinin bildirdi ki, yazılmış aktın ləğv edilməsi və əsassız yazılmış borcun silinməsi barədə Cavabdeh Lənkəran X2 İdarəsinə müraciət etsə də, cavabdeh təşkilat aktı ləğv etməmiş və əsassız yazılmış borcu silməmişdir. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 6480 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X2 İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında abonentə hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* akt etibarsız hesab edilsin və həmin akt əsasında abonent İddiaçı hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar