Məhkəmə qərarları › İş №2(073)-434/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-434/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-434/2023 13.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarışın digər mülkiyyətçilərlə yanaşı onlara, yəni ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən 3.202309 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, X4, X5 və Ərizəçi2 mülkiyyətindədir. Lakin həmin çıxarışda onun adı və ata adı “Gülnişan Çapay qızı” kimi yazılmalı olduğu halda, səhvən “Gülşən Çapar qızı” kimi, digər Ərizəçi2 adı isə “Surayə” kimi yazılmalı olduğu halda, səhvən “Surayi” kimi yazılmışdır. Həmin yanlışlıq onlara torpaq üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsində maneə yaradır. Qeyd edilən yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən 3.202309 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun, X4, X5 və Ərizəçi1 mülkiyyətindədir. Lakin həmin çıxarışda Ərizəçi1 adı və ata adı “Gülnişan Çapay qızı” kimi yazılmalı olduğu halda, səhvən “Gülşən Çapar qızı” kimi, onun adı isə “Surayə” kimi yazılmalı olduğu halda, səhvən “Surayi” kimi yazılmışdır. Həmin yanlışlıq onlara torpaq üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsində maneə yaradır. Qeyd edilən yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahalarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X4, X6, X5 və X3 mülkiyyətinə Cəlilabad rayonunun Təzəkənd kəndi ərazisindən 3.202309 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1980-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1957-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1980-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur, atası X10, anası Ərizəçi1dır. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd soveti tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, İ-JQ 425489 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X7 xx.xx.1978-ci ildə nikahlarını bağlamışlar və arvada Orucova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İHB Təzəkənd kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, **********93 saylı DƏDRX-dən çıxarışda Ərizəçi1 və Ərizəçi2 adları texniki səhv olaraq X11 və X1 yazılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsi tərəfindən X8 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, **********93 reyestr nömrəli çıxarışa düzəliş edilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən Cəlilabad rayonunun Təzəkənd kəndində yerləşən 3.202309 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi1, X4, X5 və Ərizəçi2 mülkiyyətindədir. Lakin həmin çıxarışda Ərizəçi1 adı və ata adı “Gülnişan Çapay qızı” yazılmalı olduğu halda, səhvən “Gülşən Çapar qızı” kimi, digər Ərizəçi2 adı isə “Surayə” yazılmalı olduğu halda, səhvən “Surayi” kimi yazılmışdır. Həmin yanlışlıq ərizəçilərə torpaq üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsində maneə yaradır. Qeyd edilən yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinə müraciət edilmiş, lakin həmin idarədən ərizəçilərə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi çıxarışın onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Cəlilabad Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarışın X10 və X12 ilə yanaşı Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar