Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-439/2023 03.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi1 Maraqlı şəxs və ərizəçilər- Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 , Ərizəçi5 nümayəndəsi Maraqlı şəxs2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 sənədin məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə 03 mart 2023-cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN-396, Kod: 80621068 nömrəli Dövlət aktının digər mülkiyyətçilər (X5, Maraqlı şəxs2) ilə birlikdə onlara, yəni Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə onlara və ailə üzvlərinə Cəlilabad rayonu Albalan kəndi ərazisində 2,58 hektar pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onlara JN-396 KOD 80621068 olan Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında səhvən Ərizəçi1 adı X1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ata adları Mirəhməd kimi qeyd edilmişdir. Onlar bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 nömrəli Cəlilabad Ərazi İdarəsinə müraciət etsələr də, orada onlara bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs və ərizəçilər- Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 , Ərizəçi5 nümayəndəsi Maraqlı şəxs2 da, Ərizəçi1 ilə eyni məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-396, kod: 80621068 nömrəli Dövlət aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X4, Maraqlı şəxs2, X2, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Cəlilabad rayonu Albalan kəndi ərazisində 2,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZE № 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi1dır. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 776/12 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi1 arasında xx.xx.1979-cu il tarixdə Cəlilabad rayon Hamarqışlaq kənd icra nümayəndəliyində 16 nömrəli nikah bağlanmışdır. İş materiallarında olan AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi2dır. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 774/12 nömrəli arayışdan görünür ki, X12 ilə X8 arasında xx.xx.2011-ci il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsində 507 nömrəli nikah bağlanmışdır. Arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi3dır. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli 775/12 nömrəli arayışdan görünür ki, X6 ilə X9 arasında xx.xx.2002-ci il tarixdə Cəlilabad rayon Seyidbazar kənd icra nümayəndəliyində 10 nömrəli nikah bağlanmışdır. Arvada Ağayeva soyadı verilmişdir. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı Ərizəçi4dur. İş materiallarında olan P1404291 nömrəli Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun surətindən surətindən görünür ki, ərizəçinin adı Ərizəçi5dur. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 555/12 nömrəli arayışın surətindən görünür ki, X5 2003-cü ildə Cəlilabad rayonunun Albalan kəndində vəfat etmişdir. Bu barədə Cəlilabad rayonu Hamarqışlaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixli 08 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Maraqlı şəxs2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********50 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs2 torpağın mülkiyyətə verilməsinə dair JN-396 Kod: 80621068 nömrəli Dövlət aktında düzəlişin edilməsi barədə ərizəsinə 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmış, Dövlət aktında düzəliş edilməsi qurumun səlahiyyəti xaricində olduğu üçün ona bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə X4, Maraqlı şəxs2, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Cəlilabad rayonu Albalan kəndi ərazisində 2,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, lakin həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-396, kod: 80621068 nömrəli Dövlət aktında mülkiyyətçilərin adları qeyd olunmuş müvafiq səhifədə 3-cü qrafadakı Ərizəçi1 ad və soyadı səhvən “Rzayeva Mirzəhra”, 4-cü qrafadakı Ərizəçi2, 5-ci qrafadakı Ərizəçi5, 6-cı qrafadakı Ərizəçi3, 7-ci qrafadakı Ərizəçi4 ata adları isə “Mirəhməd ” kimi yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə verilmiş 2,58 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-396, kod: 80621068 nömrəli Dövlət aktının digər mülkiyyətçilər (X5, Maraqlı şəxs2) ilə birlikdə ərizəçilər Ərizəçi1 (3-cü qrafadakı mülkiyyətçi), Ərizəçi2 (4-cü qrafadakı mülkiyyətçi), Ərizəçi5 (5-ci qrafadakı mülkiyyətçi), Ərizəçi3 (6-cı qrafadakı mülkiyyətçi) və Ərizəçi4 (7-ci qrafadakı mülkiyyətçi) məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,233 və 311ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Cəlilabad Rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1997-ci il tarixli, 12 nömrəli qərarı ilə verilmiş 2,58 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-396, kod: 80621068 nömrəli Dövlət aktının digər mülkiyyətçilər (X5, Maraqlı şəxs2) ilə birlikdə ərizəçilər Ərizəçi1 (3-cü qrafadakı mülkiyyətçi), Ərizəçi2 (4-cü qrafadakı mülkiyyətçi), Ərizəçi5 (5-ci qrafadakı mülkiyyətçi), Ərizəçi3 (6-cı qrafadakı mülkiyyətçi) və Ərizəçi4 (7-ci qrafadakı mülkiyyətçi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-439/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-439/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver