Məhkəmə qərarları › İş №2(073)-440/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-440/2023

03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-440/2023 03.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-212, KOD 80605028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, hazırda ailəlidir və ərinin soyadı olan Qarayeva soyadını daşıyır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad şəhərində 0,83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona verilməsinə dair JN-212, KOD 80605028 saylı Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin Dövlət aktında onun adı “Hurnisə” əvəzinə yanlışlıqla “Hüsniyə” kimi yazılmışdır. Bu səhv onların sənədləşmə işində maneələr yaradır. Göstərilən səhvin düzəldilməsi ilə bağlı DƏDRX-nin 8 saylı ərazi idarəsinə müraciət etmiş, lakin orada həmin faktın ona məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilərək JN-212, KOD 80605028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-212, KOD 80605028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə X3 və onun ailə üzvləri X1, X5, X4 və X6 mülkiyyətlərinə Cəlilabad rayonu Sabirabad kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,25 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Sabirabad kənd İƏDÜN tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli aktdan görünür ki, JN-212, KOD 80605028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında mülkiyyətçilərdən aktda göstərilən şəxsin adı texniki səhv olaraq düzgün yazılmamışıdr. Belə ki, Ərizəçi yazılmalı olduğu halda X2 yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçinin və onun ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Sabirabad kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,25 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-212, KOD 80605028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında Ərizəçi yazılmalı olduğu halda, səhvən X2 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN-212, KOD 80605028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-212, KOD 80605028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-212, KOD 80605028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar