Məhkəmə qərarları › İş №2(073)-442/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-442/2023

05.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-442/2023 05.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Azəriqaz» X4 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 dekabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan 1142 manat cərimənin silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X4 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 dekabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan 1142 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayon Hacıməmmədli kəndində anadan olmuş, bir müddət ünvan 1da yaşamış və hazırda Bakı şəhərində yaşayır. ünvan 1da yerləşən ona məxsus yaşayış evində yaşayış olmamış, sonradan qardaşı İbrahim Qasımov bir müddət orada yaşamışdır. 15 oktyabr 2020-ci il tarixdə həmin evə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacı oğurlanmışdır. O, özü evdə olmadığından qardaşı İbrahim Qasımov oğurluq hadisəsi ilə bağlı Cəlilabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, lakin həmin ərəfələrdə oğurluq edən şəxs axtarılsa da tapılmamışdır. Bununla bağlı Lənkəran X8 İdarəsinə müraciət etmiş, lakin həmin idarə evin qaz təchizatının yenidən təmin olunmasını bildirmişlər. Lənkəran X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 dekabr 2021-ci il tarixli aktına əsasən oğurlanan qaz sayğacına görə ona 1142 manat cərimə yazılmışıdr. Lənkəran X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin verdiyi Abenontin saldosundan görünür ki, 2018-ci və 2019-cu illərdə cari aylar üzrə heç bir sərfiyyat olmadığı halda birdən birə 1142 manat cərimə tətbiq etmişlər. Lənkəran X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları özbaşına, hal şahidlərinin iştirakı olmadan tərtib etdiyi aktda ona məxsus olan sayğaca qeyri-qanuni müdaxilə səbəbilə cərimə tətbiq etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 16 dekabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan 1142 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X5 iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, İddiaçı məxsus fərdi yaşayış evində iddiaçı tərəfindən 3 dəfə ayrı-ayrı vaxtlarda “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbbi qazdan istifadə olunması aşkar olunmuş və bu barədə hər dəfə ayrı-ayrı vaxtlarda «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 3 akt tərtib olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi ilə İddiaçı arasında bağlanmış 07 aprel 2021-ci il tarixli, ***-**-** saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə 16 iyul 2012-ci il tarixdə “Elestr” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 01 noyabr 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman mənzildə sayğacsız, rezin boru vasitəsi ilə təbii qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evində “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbbi qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının 8640 m3 olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 25 noyabr 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman mənzildə abonentin sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi aşkar olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evində “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbbi qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının 2304 m3 olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 16 dekabr 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə abonentin sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi aşkar olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş 16 dekabr 2021-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evində “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbbi qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının 2016 m3 olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2021-ci ilin noyabr ayına 1142,40 manat, dekabr ayına 241,92 manat, 2021-ci ilin sonuna cəmi 1384,32 manat borc yazılmışdır. İşdə olan Cəlilabad RPŞ tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli, 142-10412- 124 saylı arayışdan görünür ki, ünvan 1da yaşayan X6 xx.xx.2020-ci il tarixdə Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edərək, qardaşı İddiaçı məxsus fərdi yaşayış evinə gedən qaz xəttinə quraşdırılmış qaz sayğacının oğurlanmasını bildirmişdir. Həmin müraciət əsasında Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti hadisəni törətmiş şəxsin yaxud şəxslərin müəyyənləşdirilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün Cəlilabad RPŞ-nin Cinayət-axtarış bölməsinə göndərilmişdir. İşdə olan Lənkəran X8 İdarəsi tərəfindən “müraciətə baxılması barədə” 23 iyun 2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 1da yaşayan X3 Lənkəran X8 İdarəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli SOKAR**********10210033AQ00026 nömrəli müraciətinə baxılmış və müraciət müəllifinin nəzərinə çatdırılmışdır ki, yaşadığı evin (**********00000 saylı kod) qaz xəttinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğac qaz xəttinin üzərində aşkarlanmadığı səbəbindən Lənkəran RQİİ-nin Cəlilabad xidmət sahəsinin mütəxəssisləri tərəfindən sözügedən evin qaz təchizatı müvafiq qaydada dayandırılmışdır. Göstərilən evin təbii qaz təchizatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra tərəflərindən qeyd olunan evin qaz xəttinə istismara yararlı sayğac quraşdırılmaqla həmin evin qaz təminatı yenidən bərpa oluna bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad xidmət sahəsinin əməkdaşları 01 noyabr 2021-ci, 25 noyabr 2021-ci və 16 dekabr 2021-ci il tarixlərdə İddiaçı yaşadığı evin qaz xəttinə baxış keçirmiş və İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə abonentin sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi aşkar olunmuş və bunun nəticəsi olaraq «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» ******* saylı, ******* saylı və ******* saylı aktlar tərtib olunmuş və iddiaçının istifadə etdiyi təbii qazdan istifadə qaydalarını pozduğu üçün dəymiş ziyanın məbləğinin cəmi 1384,32 manat olduğu müəyyən edilmiş və iddiaçının abonent hesabına daxil edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin təqdim etdiyi video görüntülərə baxış zamanı İddiaçı sayğacdan kənar təbii qazdan istifadə etməsi təsdiqini tapmışdır. Göründüyü kimi, İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı xx.xx.2020-ci il tarixdə oğurlanmış, lakin İddiaçı yeni quraşdırılmış sayğacdan kənar qeyriqanuni qaz xəttindən istifadə etməsi nəticəsində «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» aktlar 01 noyabr 2021-ci, 25 noyabr 2021-ci və 16 dekabr 2021-ci il tarixlərdə tərtib olunmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Azəriqaz» X4 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 dekabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan 1142 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Azəriqaz» X4 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 16 dekabr 2021-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan 1142 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar