Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-460/2023 07.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və X10 Maraqlı şəxs və Ərizəçi2 nümayəndəsi Maraqlı şəxs2 iştirakı ilə Ərizəçilər Ərizəçi1, X17 və Ərizəçi2 sənədin məxsus olması tələbinə dair ərizəsi üzrə mülki işə 07 mart 2023-cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, X17 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********995 nömrəli və **********57 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların digər mülkiyyətçilər (Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8) ilə birlikdə onlara, yəni Ərizəçi1, X17, Ərizəçi2 və mərhum X27 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, onlar ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu, Seyidbazar kəndində yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara və ailə üzvlərinə Cəlilabad rayonu Seyidbazar kəndi ərazisində 0,61 ha və 3,73 ha pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair onlara “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları verilmişdir. Sonradan isə həmin torpaq sahələrinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Dövlət reyestrindən çıxarışlar verilmişdir. Lakin həmin çıxarışlarda səhvən Ərizəçi1 adı X8, X10 adı X5, Ərizəçi2 ata adı X9 və mərhum X25 ata adı X16 qeyd edilmişdir. Onlar bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 nömrəli Cəlilabad Ərazi İdarəsinə müraciət etsələr də, orada onlara bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X17 da, Ərizəçi1 ilə eyni məzmunda izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs və Ərizəçi2 nümayəndəsi Maraqlı şəxs2 ərizəni müdafiə edərək bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onlara Cəlilabad rayonu Seyidbazar kəndi ərazisində 0,61 ha və 3,73 ha pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair onlara “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları verilmişdir. Sonradan isə həmin torpaq sahələrinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən dövlət reyestrindən çıxarışlar verilmişdir. Lakin həmin çıxarışlarda səhvən Ərizəçi1 adı X8, X10 adı X5, Ərizəçi2 ata adı X9 və mərhum X25 ata adı X16 qeyd edilmişdir. Onlar bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 8 nömrəli Cəlilabad Ərazi İdarəsinə müraciət etsələr də, orada onlara bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər-Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxslər-Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 Maraqlı şəxs7, Maraqlı şəxs8 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********95 nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Maraqlı şəxs2, X19, Maraqlı şəxs3, X12, Maraqlı şəxs4, X26, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 və X20 Cəlilabad rayon Seyidbazar kəndində 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********57 nömrəli xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Maraqlı şəxs2, X19, Maraqlı şəxs3, X12, Maraqlı şəxs4, X26, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 və X20 Cəlilabad rayon Seyidbazar kəndində 3,73 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. İş materiallarında olan AZE № ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı, ata adı Ərizəçi1dır. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı, ata adı Ərizəçi2dır. İş materiallarında olan AZE № 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı, ata adı X13r. İş materiallarında olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 51/12 nömrəli arayışın surətindən görünür ki, X32 18 avqust 2009cu ildə Cəlilabad rayonunun Seyidbazar kəndində vəfat etmişdir. Bu barədə Cəlilabad rayon Seyidbazar kənd icra nümayəndəliyində xx.xx.2009-cu il tarixli 09 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon Seyidbazar kənd icra nümayəndəliyi tərəfindən verilmi 429 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, pay torpaqlarının islahatı zamanı vətəndaşlar X22, X18, X30 və X14 ad, soyad və ata adlarında texniki səhvlər olmuşdur. X2 soyadı, adı, atasının adı Ərizəçi1 kimi, X1, adı, atasının adı X6, X7, adı, atasının adı X21, X4, adı, atasının adı isə Ərizəçi2 kimi qeyd edilməlidir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-nin 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən Maraqlı şəxs2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********75 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs2 daşınmaz əmlakın çıxarışında düzəlişin edilməsi barədə ərizəsinə 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmış, daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi qurumun səlahiyyəti xaricində olduğu üçün ona bununla əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********95 nömrəli xx.xx.2022-ci il tarixli və **********57 nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, Maraqlı şəxs2, X19, Maraqlı şəxs3, X12, Maraqlı şəxs4, X26, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8 və X20 Cəlilabad rayon Seyidbazar kəndində 0,61 ha və 3,73 ha kənd təsərrüfatı təyinatlı torpaq verilmişdir. Lakin həmin çıxarışlarda səhvən mülkiyyətçilər Ərizəçi1 adı “Zəkəriyyə” kimi, X10 adı “Möhtərəm” kimi, Ərizəçi2 ad, soyad, ata adı “X34” kimi və mərhum X25 ata adı “Ağalar” kimi yazılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********95 nömrəli xx.xx.2022-ci il tarixli və **********57 nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlar digər mülkiyyətçilər (Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8) ilə birlikdə ərizəçilər, yəni Ərizəçi1, X17, Ərizəçi2 və mərhum X27 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,233 və 311ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********95 nömrəli xx.xx.2022-ci il tarixli və **********57 nömrəli xx.xx.2022-ci il tarixli çıxarışlar digər mülkiyyətçilər (Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8) ilə birlikdə ərizəçilər, yəni Ərizəçi1, X17, Ərizəçi2 və mərhum X27 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-460/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-460/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver