Məhkəmə qərarları › İş №2(073)-487/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-487/2023

05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-487/2023 05.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15, Ərizəçilər Ərizəçi1, Ərizəçi3 Mirzəhüseyn oğlunun iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN 0046 (Kod ********) saylı dövlət aktının onlara (ərizəçilərə) və mərhum X6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi4 məhkəməyə ərizə göndərərək, işə onların iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, onun (ərizəçinin) və digər ailə üzvləri Ərizəçi2, Ərizəçi3, Ərizəçi2 Həmdulla qızının, X4 və Ərizəçi4 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Cəlilabad rayonu Dələli kəndinin ərazisindən 4.32 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 0046 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında onun (ərizəçinin) ata adı “Ağamoğlan” əvəzinə səhvən “Ağamalı” kimi, digər ərizəçiçilər Ərizəçi3 soyadı, adı və atasının adı səhvən “X16” kimi, Ərizəçi2 soyadı və atasının adı səhvən “Əsədova və Həmdulla” kimi, Ərizəçi4 soyadı və adı səhvən “X7” kimi və mərhum oğlu X1 səhvən «Məmmədov» kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 Mirzəhüseyn oğlu ərizəni müdafiə edərək, Ərizəçi1 izahatına uyğun izahat vermiş və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN 0046 (Kod ********) saylı dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Cəlilabad rayonunun Dələli kəndinin ərazisindən Ərizəçi1 Ağamalı oğlunun, X12, X9, X5 və X3 mülkiyyətinə 4.32 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1951-ci ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 doğum akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X21 xx.xx.1964-cü ildə doğulmuşdur. X14, anası X22r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi4 xx.xx.1984-cü ildə doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2 Həmdulla qızıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi3 Mirzəhüseyn oğlu xx.xx.1986-cı ildə doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2 Həmdulla qızıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.1988-ci ildə Cəlilabad rayonunun Dələli kəndində ölmüşdür. İşdə olan Cəlilabad rayon Qarakazımlı kənd Ərazi Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1983-cü ildə doğulmuşdur, atası Ərizəçi1, anası Ərizəçi2 Həmdulla qızıdır. İşdə olan Lipetsk vilayəti üzrə “ÇSFM” VBM Zadonsk Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon İHB Qarakazımlı kənd İƏDÜ Nümayəndəliyndə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, JN 0046 (Kod ********) nömrəli dövlət aktında Ərizəçi1, Ərizəçi2 Həmdulla qızı, Ərizəçi2 Həmdulla qızı, Ərizəçi3 Mirzəhüseyn oğlu, X10 və Ərizəçi4 səhvən Ərizəçi1 Ağamalı oğlu, X21, X16, X11, X2 yazılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi1 JN-0046 saylı dövlət aktında düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi1 və ailə üzvləri Ərizəçi2 Həmdulla qızının, Ərizəçi3, Ərizəçi2 Həmdulla qızının, X4 və Ərizəçi4 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 saylı qərarı ilə Cəlilabad rayonu Dələli kəndinin ərazisindən 4.32 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 0046 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında Ərizəçi1 ata adı “Ağamoğlan” əvəzinə səhvən “Ağamalı” kimi, digər ərizəçiçilər Ərizəçi3 soyadı, adı və atasının adı səhvən “X16” kimi, Ərizəçi2 soyadı və atasının adı səhvən “Əsədova və Həmdulla” kimi, Ərizəçi4 soyadı və adı səhvən “X7” kimi və ərizəçinin mərhum oğlu X1 səhvən “Məmmədov” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN 0046 (Kod ********) saylı Dövlət Aktının ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 və mərhum X6 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar