Məhkəmə qərarları › İş №2(073)-497/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-497/2023

12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-497/2023 12.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, Ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi5 və Ərizəçi6 nümayəndəsi Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1nın, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN 290 (Kod ********) saylı dövlət aktının mərhum X8, X41, ərizəçilər Qiyasova (İmanova) Zərifə Vaqif qızına, Ərizəçi2, Ərizəçi1, Hüseynova (İmanova) Ülviyyə Vaqif qızına, Rüstəmova (İmanova) Ruhiyyə Vaqif qızına və Ərizəçi6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda ərizəçilər Ərizəçi5 və Ərizəçi6 nümayəndəsi Ərizəçi1 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə onun (Ərizəçi1) və digər ailə üzvləri mərhum X5, mərhum X31, Qiyasova (İmanova) Zərifə Vaqif qızının, Ərizəçi2, Hüseynova (İmanova) Ülviyyə Vaqif qızının, Rüstəmova (İmanova) Ruhiyyə Vaqif qızının, Ərizəçi6 mülkiyyətinə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 4.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 290 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında mərhum X5 adı səhvən “X9” kimi, mərhum X32 adı səhvən “X33” kimi, Qiyasova (İmanova) Zərifə Vaqif qızının adı səhvən “X18” kimi, onun (Ərizəçi1) soyadı səhvən “Hüseynov” kimi, və digər ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi6 soyadları səhvən “Hüseynova” kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə onun (Ərizəçi2) və digər ailə üzvləri mərhum X5, mərhum X31, Qiyasova (İmanova) Zərifə Vaqif qızının, Ərizəçi1, Hüseynova (İmanova) Ülviyyə Vaqif qızının, Rüstəmova (İmanova) Ruhiyyə Vaqif qızının, Ərizəçi6 mülkiyyətinə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 4.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 290 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında mərhum X5 adı səhvən “X9” kimi, mərhum X32 adı səhvən “X33” kimi, ərizəçi Qiyasova (İmanova) Zərifə Vaqif qızının adı səhvən “X18” kimi, onun (Ərizəçi2) və digər ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi6 və Ərizəçi1 soyadları səhvən “Hüseynova və Hüseynov” kimi yazılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi4 Ərizəçi1 izahatına uyğun izahat verərək, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə ərizəçilərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçilər onun qonşularıdır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Ərizəçi1 və digər ailə üzvləri mərhum X5, mərhum X31, Qiyasova (İmanova) Zərifə Vaqif qızının, Ərizəçi2, Hüseynova (İmanova) Ülviyyə Vaqif qızının, Rüstəmova (İmanova) Ruhiyyə Vaqif qızının, Ərizəçi6 mülkiyyətinə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 4.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 290 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında mərhum X5 adı səhvən “X9” kimi, mərhum X32 adı səhvən “X33” kimi, Qiyasova (İmanova) Zərifə Vaqif qızının adı səhvən “X18” kimi, Ərizəçi1 soyadı səhvən “Hüseynov” kimi, və digər ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi6 soyadları səhvən “Hüseynova” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında şahid qismində dindirilmiş X34 şahid X25 ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN 290 (Kod ********) saylı dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonunun Üçtəpə kəndinin ərazisindən 4.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X4, X19, X14, X10, Ərizəçi3, X11, X16, X20 mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X49 xx.xx.2005-ci ildə ölmüşdür. İşdə olan Üçtəpə kənd XDS İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1991-ci ildə doğulmuşdur, atası X49, anası Ərizəçi2dır. İşdə olan Üçtəpə kənd XDS İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.1979-cu ildə doğulmuşdur, atası X49, anası Ərizəçi2dır. İşdə olan Üçtəpə kənd XDS İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1982-ci ildə doğulmuşdur, atası X49, anası Ərizəçi2dır. İşdə olan Üçtəpə kənd XDS İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1984-cü ildə doğulmuşdur, atası X49, anası Ərizəçi2dır. İşdə olan Üçtəpə kənd XDS İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi6 xx.xx.1989-cu ildə doğulmuşdur, atası X49, anası Ərizəçi2dır. İşdə olan Masallı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1960-cı ildə doğulmuşdur, atası X42, anası X12r. İşdə olan Masallı Regional “Asan Xidmət” X24 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X36 ilə X28 xx.xx.2019-cu ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 920 saylı qeydiyyat aparılaraq, arvada Hüseynova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd İƏDÜ Nümayəndəli tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X37 xx.xx.2009-cu ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 saylı qeydiyyat aparılaraq, arvada Qiyasova soyadı verilmişdir. İşdə olan İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X27 xx.xx.2017-ci ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 276 saylı qeydiyyat aparılaraq, arvada Rüstəmova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İHB Üçtəpə kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN 290 Kod 80620018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında X1 Gülqayıd Bəhlul qızı kimi, X6 Səməd Vaqif oğlu kimi, X26 Ərizəçi2 kimi, X21 Ərizəçi4 kimi, X2 Zərifə Vaqif qızı kimi, X29 Ərizəçi6 kimi, X38 Ərizəçi1 kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi1 JN-290 saylı dövlət aktında düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ona düzəlişin mümkün olmadığı və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Ərizəçi1 və digər ailə üzvləri mərhum X5, mərhum X32, Qiyasova (İmanova) Zərifə Vaqif qızının, Ərizəçi2, Hüseynova (İmanova) Ülviyyə Vaqif qızının, Rüstəmova (İmanova) Ruhiyyə Vaqif qızının, Ərizəçi6 mülkiyyətinə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 4.23 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN 290 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında mərhum X5 adı səhvən “X9” kimi, mərhum X32 adı səhvən “X33” kimi, Qiyasova (İmanova) Zərifə Vaqif qızının adı səhvən “X18” kimi, Ərizəçi1 soyadı səhvən “Hüseynov” kimi və digər ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi6 soyadları səhvən “Hüseynova” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN290 (Kod ********) saylı Dövlət Aktının mərhum X8, mərhum X41, ərizəçilər Qiyasova (İmanova) Zərifə Vaqif qızına, Ərizəçi2, Ərizəçi1, Hüseynova (İmanova) Ülviyyə Vaqif qızına, Rüstəmova (İmanova) Ruhiyyə Vaqif qızına və Ərizəçi6 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar