Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-500/2023 11.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi1, Ərizəçi2 və X10 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi1, Ərizəçi2 və X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə onlara və ailə üzvlərinin mülkiyyətlərinə 0,06 ha olmaqla, 599,71 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Lakin həmin sənəddə onun adı “Fəxriyyə” əvəzinə “Fəxmərə” kimi, bacısı Elmiranın adı “Elmira” əvəzinə “Elvinə” kimi, mərhum anasının adı, soyadı və ata adı “X14” əvəzinə “X17” kimi yazılmışdır. Bu səhvlər onların sənədləşmə işində maneələr yaradır. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı DƏDRXnin 8 saylı ərazi idarəsinə müraciət etmiş, lakin orada həmin faktların onlara məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilərək A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi1, Ərizəçi2 və X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 Ərizəçi1 göstərdiyi xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə, işə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs1 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı qərarı ilə Maraqlı şəxs2, X11, X4, X5, Maraqlı şəxs3, X2 və X1 mülkiyyətlərinə 0,06 ha olmaqla, 599,71 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İİ № 002894 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 30 aprel 2019-cu il tarixdə ölmüşdür. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağasiyeva X3 şəhəri, M.F.Axundov küçəsi, ev 01 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə ərizəçilərin ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə Cəlilabad rayonunda 0,06 ha olmaqla, 599,71 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuşdur. Həmin sənəddə səhvən ərizəçilər Ərizəçi1 yazılmalı olduğu halda X6, Ərizəçi2 yazılmalı olduğu halda X7 və mərhum anaları X14 yazılmalı olduğu halda X8 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi1, Ərizəçi2 və X10 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. A № 230702 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi1, Ərizəçi2 və X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad şəhəri, Telefon: 025-24-5-20-10 H.Əliyev prospekti 286 Faks 025-24-5-34-37 19 aprel 2023-cü il İş № 2(073)-571/2023 Ərizəçi1 surəti: Ərizəçi2 surəti: X12 ünvan: ünvan 2t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs1nə ünvan: ünvan 43-cü il tarixli, 2(073)-571/2023 saylı qətnaməsi məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti 02 vərəqədə. Hakim: Elxan Əmirəliyev AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad şəhəri, Telefon: 025-24-5-20-10 H.Əliyev prospekti 286 Faks 025-24-5-34-37 21 fevral 2023-cü il № 2(073)-288/2023 DƏDRX-in ünvan 5 ünvan: ünvan 623-cü il tarixli, 2(073)-288/2023 saylı qətnaməsi qanuni qüvvəsini aldığı üçün icra olunması üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti 03 vərəqədə Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-500/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-500/2023
11.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver