Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-504/2025 28.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşıCavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız hesablanmış 972 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 10 avqust 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız hesablanmış 972 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, Cəlilabad şəhəri M.Hüseyn küçəsində “Habil kafe” adlı yeməkxana işlədir. Həmin yeməkxanada təbii qazdan istifadə olunur. Buna gördə yeməkxanaya 19 iyun 2023-cü il tarixdə “Elester” G-6T DİAFRAQMA tipli 28196758 nömrəli sayğac quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə ödənişlər etmişdir. Bu fakt Cəlilabad rayon Qaz İstismar İdarəsindən aldığı abonentin saldosu ilə təsdiq olunur. 17 oktyabr 2024-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları yeməkxanaya gələrək güya yeməkxanada istifadə olunan qaz qurğularının ümumi qaz sərfiyyatının maksimal ölçmə həddindən çox olması səbəbindən barəsində 17 oktyabr 2024-cü il tarixli ******* nömrəli akt tərtib etməklə abonent hesabına əlavə olaraq 972 manat borc yazılmışdır. O, bununla bağlı Cəlilabad rayon Qaz İstismar İdarəsinə müraciət edib narazılığını bildirib. Lakin Qaz idarəsində ona bildiriblər ki, bu barədə məhkəməyə müraciət etsin. Onun tərəfindən işlətdiyi “Habil kafe” adlı yeməkxanaya gələn qaz xəttinə quraşdırılmış sayğaca heç bir təsir olmamış və sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. Əsassız olaraq cavabdeh tərəfindən ona əlavə borc yazılıb. İddia ərizəsinə əlavə etdiyi “abonentin saldosu” undan görünür ki, yeməkxanada qış aylarında digər aylara nisbətən qaz sərfiyyatı daha çox olmuşdur. “Abonentin saldosundan”da göründüyü kimi sayğac sərf olunmuş təbii qazı qeyd etmiş və oda buna görə ödənişlər etmişdir. Göründüyü kimi onun Cəlilabad şəhəri M.Hüseyn küçəsində yerləşən “Habil kafe” adlı yeməkxanaya quraşdırılmış qaz sayğacının yoxlanılması nəticəsində istifadə olunan qaz qurğularının ümumi qaz sərfiyyatının maksimal ölçmə həddindən çox olması səbəbindən 17 oktyabr 2024-cü il tarixində tərtib edilmiş akt və onun əsasında hesablanmış 972 manat borc əsassızdır. İşdə olan elektron vergi məlumatları sorğu sistemindən çıxarışdan görünür ki, İddiaçı Əlikşi oğlu Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. İşdə olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 oktyabr ******* saylı aktdan görünür ki, Kafedə istifadə olunan qaz qurğularının ümumi qaz sərfi sayğacın maksimal ölçmə həddindən çoxdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edirki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi şəxslə fərdi sahibkar arasında yaranmış kommersiya mübahisəsidir və mülki iş məhkəmə aidiyyatı üzrə iddiaçının yaşadığı yer üzrə baxılmasıüçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. İddiaçı mülki işin adiyyatı üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edirki, 2(073)-504/2025 saylı mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 oktyabr 2024-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız hesablanmış 972 manat borcun silinməsi tələbinə dair 2(73)-504/2025 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-504/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-504/2025
28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver