Məhkəmə qərarları › İş №2(073)-52/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-52/2025

21.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-52/2025 21.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3 Qüdrət oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Qüdrət oğluna və Cavabdeh4 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********33-10301 reyestr nömrəli Çıxarışa əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən 0.6542 ha torpaq sahəsi və üzərində olan 4 yaşayış otağından, bir mətbəxdən və bir bağlı eyvandan ibarət 150.2 kvadrat metrlik fərdi yaşayış evinin 10/12 hissədə naturada bölünüb ona təlvil verilməsi, bölünmə mümkün olmadıqda, ona 50000 manat kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Qüdrət oğluna və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestirindən verilmiş xx.xx.2023-cü il tarixli, **********33-10301 reyestr nömrəli Çıxarışa əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən 0.6542 ha torpaq sahəsi və üzərində olan 4 yaşayış otağından, bir mətbəxdən və bir bağlı eyvandan ibarət 150.2 kvadrat metrlik fərdi yaşayış evinin naturada naturada bölünməsi, bölünmə mümkün olmadıqda, 50000 manat kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehlər Cavabdeh3 Qüdrət oğluna və Cavabdeh4 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestiri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********33-10301 reyestr nömrəli Çıxarışa əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən 0.6542 ha torpaq sahəsi və üzərində olan 4 yaşayış otağından, bir mətbəxdən və bir bağlı eyvandan ibarət 150.2 kvadrat metrlik fərdi yaşayış evinin 10/12 hissədə naturada bölünüb ona təlvil verilməsi, bölünmə mümkün olmadıqda, ona 50000 manat kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestirindən verilmiş xx.xx.2023-cü il tarixli, **********33-10301 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən 0.6542 ha torpaq sahəsi və üzərində olan 4 yaşayış otağından, bir mətbəxdən və bir bağlı eyvandan ibarət 150.2 kvadrat metrlik fərdi yaşayış evinin 8/12 hissəsi mülkiyyət hüqüqu üzrə ona, 1/12 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh2, 1/12 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh1, 1/12 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh4 və 1/12 hissəsi isə mülkiyyət hüququ üzrə Cavabdeh3 Qüdrət oğluna məxsus olmuşdur. Lakin sonradan xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmış **********33-10301 reyestr nömrəli çıxarışla onun payı 10/12 hissədə müəyyən olunmuşdur. Cavabdehlərlə birgə mülkiyyətlərində olan əmlakların 10/12 hissəsinin ona məxsus olmasına baxmayaraq, Cavabdeh3 Qüdrət oğlunun və onun ailə üzvlərinin həmin evdə yaşaması və mülkiyyətlərində olan əmlakların bölünməsinə, habelə ondan payların ayrılmasına razı olmamaqla, buna imkan verməməsi səbəbindən o, mülkiyyətindən istifadə edə və onun üzərində sərəncam verə bilmir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 Qüdrət oğlu iddianı etiraf etməyərək izahatında bildirdi ki, o, Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən həmin evdə doğulmuşdur. Hal-hazırda da həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evin təmirinə pul xərcləmiş, evi yenidən bərpa elətdirmişdir. İddiaçı ona qarşı olan iddiasına etiraz edir. İddiaçı saxta yolla mülkiyyət sənədi almışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh4 iddianı etiraf etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********33-10301 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən 0.654175 ha torpaq sahəsinin və üzərində inşa edilmiş ümumi sahəsi 150.2 kvadrat metr olan fərdi yaşayış evinin 10/12 hissəsi mülkiyyət hüqüqu üzrə İddiaçı, 1/12 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh4 və 1/12 hissəsi isə mülkiyyət hüququ üzrə Cavabdeh3 Qüdrət oğluna məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli, 10/3648 saylı ekspert rəyindən rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 30 noyabr 2024-cü il tarixli, **********33-10301 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən paylı mülkiyyətdə olan 0,654175 ha torpaq sahəsinin planlı yerləşməsini (cənub tərəfdən yol və dalan ilə) qonşu olmasını, eyni zamanda qərb istiqamətində də yola çıxışının olmasını, ölçülərini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 150,2 kv.m olan fərdi yaşayış evində 10/12 hissə paya uyğun otaqlarının mövcud olmasını nəzərə alaraq həmin torpaq sahəsinin və fərdi yaşayış evindən iddiaçının 10/12 hissə paya uyğun gələn sahənin naturada təcrid şəklində ayrılmasının AzDTN 2.7-3 “X1 Layihələndirmə Normaları”nın tələblərinə və Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bölgü zamanı fərdi yaşayış evinin qərb tərəfində mövcud pəncərə boşluğundan İddiaçı hesabına yeni giriş qapısı açılmalı və pilləkən inşa edilməli, Texniki Pasportda qeyd olunan 3 və 7 saylı tikili ilə 2 saylı tikili arasındakı qapı boşluqları bağlanmalı, 3 saylı tikilidən 7 saylı tikiliyə yeni qapı boşluğu açılmalıdır. Eyni zamanda mətbəx və sanit qovşağı digər hissədə qalacağından 10/12 hissəyə uyğun həyətyanı sahədə mətbəx və sanitar qovşağı inşa edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Daşınmaz Əmlakın Dövlət Reyestirindən verilmiş xx.xx.2023-cü il tarixli, **********33-10301 reyestr nömrəli çıxarışa əsasən Cəlilabad rayonu Məmmədrzalı kəndində yerləşən 0.6542 ha torpaq sahəsi və üzərində olan 4 yaşayış otağından, bir mətbəxdən və bir bağlı eyvandan ibarət 150.2 kvadrat metrlik fərdi yaşayış evinin 8/12 hissəsi mülkiyyət hüqüqu üzrə ona, 1/12 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh2, 1/12 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh1, 1/12 hissəsi mülkiyyət hüququ üzrə Cavabdeh4 və 1/12 hissəsi isə mülkiyyət hüququ üzrə Cavabdeh3 Qüdrət oğluna məxsus olmuşdur. Lakin sonradan xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Dövlət qeydiyyatına alınmış **********33-10301 reyestr nömrəli çıxarışla onun payı 10/12 hissədə müəyyən olunmuşdur. Cavabdehlərlə mülkiyyətlərində olan əmlakların 10/12 hissəsinin ona məxsus olmasına baxmayaraq, Cavabdeh3 Qüdrət oğlunun və onun ailə üzvlərinin həmin evdə yaşaması və mülkiyyətlərində olan əmlakların bölünməsinə, habelə ondan payların ayrılmasına razı olmamaqla, buna imkan verməməsi səbəbindən o, mülkiyyətindən istifadə edə və onun üzərində sərəncam verə bilmir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 215.2-ci maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına düşən hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarı ilə ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli qərarında göstərilir ki, ... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olunmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətinin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracda satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qeyd olunan qanunvericilik normalarından görünür ki, hazırda paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi mümkün olduğundan iddiaçının əmlakdan payına görə kompensasiya tələbinin araşdırılaraq qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 30 noyabr 2024-cü il tarixli, **********33-10301 reyestr nömrəli çıxarışa əsasən və 05 iyun 2025-ci il tarixli, 10/3648 saylı ekspert rəyinə və rəyə əlavə edilmiş həyətyanı sahənin bölgü sxeminə əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən paylı mülkiyyətdə olan 0,654175 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 150,2 kv.m olan fərdi yaşayış evində İddiaçı 10/12 hissədə payı naturada bölünüb ona təhvil verilməli, sxem üzrə bölünmüş torpaq sahələrinin ayrılması üçün 44 metr və 15,3 metr uzunluğunda divar İddiaçı hesabına tikilməli, iddiaçının 10/12 hissədə payına uyğun mülkiyyətinə ayrılmış torpaq sahəsində mətbəx və sanitar qovşağının inşa edilməsi İddiaçı öhdəsinə buraxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı işin baxılması ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizalarına görə ümumilikdə 100 manat pul İddiaçı və cavabdehlər Cavabdeh3 Qüdrət oğlundan və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 30 noyabr 2024-cü il tarixli, **********33-10301 reyestr nömrəli çıxarışa əsasən və 05 iyun 2025-ci il tarixli, 10/3648 saylı ekspert rəyinə və rəyə əlavə edilmiş həyətyanı sahənin bölgü sxeminə əsasən Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən paylı mülkiyyətdə olan 0,654175 ha torpaq sahəsində və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 150,2 kv.m olan fərdi yaşayış evində İddiaçı 10/12 hissədə payı naturada bölünüb ona təhvil verilsin, sxem üzrə bölünmüş torpaq sahələrinin ayrılması üçün 44 metr və 15,3 metr uzunluğunda divar İddiaçı hesabına tikilsin, iddiaçının 10/12 hissədə payına uyğun mülkiyyətinə ayrılmış torpaq sahəsində mətbəx və sanitar qovşağının inşa edilməsi İddiaçı öhdəsinə buraxılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizalarına görə ümumilikdə 100 (bir yüz) manat pul İddiaçı və cavabdehlər Cavabdeh3 Qüdrət oğlundan və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar