Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-533/2025 07.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi JN-149A, Kod 80620038 nömrəli Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-149A, Kod 80620038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 05 iyul 1992-ci il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonu Üçtəpə kəndində onun və ailə üzvlərinin mülkiyyətlərinə 0,64 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-149A, Kod 80620038 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Lakin həmin JN-149A, Kod 80620038 nömrəli şəhadətnamədə onun adı «Bəyim» əvəzinə yanlışlıqla «Mələk» kimi, ata adı isə «Mansur» əvəzinə yanlışlıqla «Mirmansur» kimi yazılmışdır. O, 10 avqust 1993-cü ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ailə qurduqdan sonra ona Bədirova soyadı verilmişdir. Onlar hazırda həmin torpaq sahəsini Dövlət qeydiyyatına aldırmaq istəyirlər. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etdikdə orada ona bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmaqla, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-149A, Kod 80620038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, X2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 mülkiyyətlərinə 0,64 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 dekabr 2024-cü il tarixli, 1484/12 saylı doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci il tarixdə doğulmuşdur. X3, anası isə X1r. İşdə olan AZE № 06825961 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yaqubova X4 rayonu Təzəkənd kəndində qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon İHB-nın Üçtəpə kənd İƏDÜN-nin və Üçtəpə bələdiyyəsinin iştirakı ilə tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli aktdan görünür ki, JN-149A, Kod 80620038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi yazılmalı olduğu halda, texniki səhv olaraq Ərizəçi yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə ərizəçinin və onun digər ailə üzvlərinin mülkiyyətlərinə 0,64 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-149A, Kod 80620038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də verilmişdir. Lakin həmin şəhadətnamədə ərizəçinin onun adı «Bəyim» əvəzinə yanlışlıqla «Mələk» kimi, ata adı isə «Mansur» əvəzinə yanlışlıqla «Mirmansur» kimi yazılmışdır. O, 10 avqust 1993-cü ildə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ailə qurduqdan sonra ona Bədirova soyadı verilmişdir. Halbuki, ərizəçinin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN-033A, KOD 80620028 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-149A, Kod 80620038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-149A, Kod 80620038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-533/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-533/2025
07.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver