Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-541/2023 19.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 JN-0560, KOD 80620028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN- 0560, KOD 80620028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Göytəpə şəhər DNK-nin 24 may 2005-ci il tarixli, 4Ə-171 saylı müqaviləsi üzrə qərarı ilə onlara və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Təzəkənd kəndində 4,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-0560, KOD 80620028 saylı Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin Dövlət aktında onun adı və ata adı qrafasında “Ərizəçi1” əvəzinə “X14” kimi, qardaşı Etiramın adı qrafasında “Etiram” əvəzinə “Ehtiram” kimi, digər qardaşı Vahidin adı qrafasında “Vahid” əvəzinə “Valid” kimi yazılmışdır. Bu səhvlər onların sənədləşmə işində maneələr yaradır. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı DƏDRXnin 8 saylı ərazi idarəsinə müraciət etmiş, lakin orada həmin faktların onlara məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilərək JN-0560, KOD 80620028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi3 Ərizəçi1 göstərdiyi xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs3, X3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə, işə maraqlı şəxslər Maraqlı şəxs3, X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs1 nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0560, KOD 80620028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Göytəpə şəhər DNK-nin 24 may 2005-ci il tarixli, 4Ə-171 saylı müqaviləsi üzrə qərarı ilə Maraqlı şəxs3, X2, X7, X10 və X11 mülkiyyətlərinə Cəlilabad rayonu Təzəkənd kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4,14 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Təzəkənd kənd İƏDÜN tərəfindən verilmiş 07 fevral 2023-cü il tarixli, 5-41/2-32-1/2023 saylı arayışdan görünür ki, JN-0560, KOD 80620028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktında bəzi mülkiyyətçilərin adları və bəzilərinin ata adları texniki səhv olaraq düzgün yazılmamışıdr. Belə ki, Maraqlı şəxs2 yazılmalı olduğu halda X4, Ərizəçi1 yazılmalı olduğu halda X14, Ərizəçi2 yazılmalı olduğu halda X12, Ərizəçi3 yazılmalı olduğu halda X6 yazılmışdır. İşdə olan V-JQ № 368856 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 ilə X5 nikahlarını 04 may 1991-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 saylı qeydiyyat aparılaraq, arvada Bayramova soyadı verilmişdir. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Təzəkənd kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Göytəpə şəhər DNK-nin 24 may 2005-ci il tarixli, 4Ə-171 saylı qərarı ilə ərizəçilərin ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə Cəlilabad rayonu Təzəkənd kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 4,14 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-0560, KOD 80620028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında səhvən ərizəçilər Ərizəçi1 yazılmalı olduğu halda X14, Ərizəçi2 yazılmalı olduğu halda X12, Ərizəçi3 yazılmalı olduğu halda X6 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-0560, KOD 80620028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-0560, KOD 80620028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-0560, KOD 80620028 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-541/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-541/2023
19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver