Məhkəmə qərarları › İş №2(073)-558/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-558/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-558/2023 27.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Ərizəçilər Ərizəçi1 və Həsənova (Məmmədova) Elnarə Nizami qızının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Həsənova (Məmmədova) Elnarə Nizami qızının hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Həsənova (Məmmədova) Elnarə Nizami qızı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-213A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ərizəçilər Ərizəçi1 və Həsənova (Məmmədova) Elnarə Nizami qızına məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon X13 xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə onun (ərizəçinin) və ailə üzvləri X3, X9, X4, X5, X10 və X14 mülkiyyətinə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına verilmiş JN-213A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun (ərizəçinin) ata adı göstərilməmiş, həmçinin digər ərizəçi Həsənova (Məmmədova) Elnarə Nizami qızının adı “Elnarə” əvəzinə səhvən “Elmira” kimi yazılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinə müraciət etmişlər, lakin həmin idarədə düzəlişin edilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X11 nümayəndəsi X15 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon X13 xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı onun və ailə üzvləri X3, Ərizəçi1, X9, X4, Həsənova (Məmmədova) Elnarə Nizami qızının, X10 və X14 mülkiyyətinə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına verilmiş JN-213A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçi Həsənova (Məmmədova) Elnarə Nizami qızının adı “Elnarə” əvəzinə səhvən “Elmira” kimi yazılmış, digər Ərizəçi1 ata adı isə göstərilməmişdır. X19 nikah bağladıqdan sonra Həsənova soyadını qəbul etmişdir. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında şahid qismində dindirilmiş X24 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi1 onun bibisi, digər ərizəçi X19 isə bibisinin qızıdır. Cəlilabad rayon X13 xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə ərizəçilər Ərizəçi1 və Həsənova (Məmmədova) Elnarə Nizami qızının və ailə üzvləri X3, X9, X4, X10 və X14 mülkiyyətinə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına verilmiş JN-213A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 ata adı göstərilməmiş, həmçinin digər ərizəçi Həsənova (Məmmədova) Elnarə Nizami qızının adı “Elnarə” əvəzinə səhvən “Elmira” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 şahid X17 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan JN-213A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cəlilabad rayon X13 xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə X3, Ərizəçi1, X9, X4, X6, X10 və X14 mülkiyyətinə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.1965-ci il tarixli, AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci ildə doğulmuşdur, atası X32, anası X12r. İşdə olan xx.xx.1983-cü il tarixli, İX-JQ 296401 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1982-ci ildə doğulmuşdur, atası X15, anası Ərizəçi1dır. İşdə olan Cəlilabad rayon Günəşli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, AZ-İ 205263 saylı nikah haqqında şahədətnamənin surətindən görünür ki, X33 ilə X19 xx.xx.2006-cı ildə nikahlarını bağlamışlar və arvada Həsənova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İHB Günəşli kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X3 və ailə üzvlərinin adına verilmiş JN-213A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X1 Elmira Nizami qızı kimi və Ərizəçi1 Ərizəçi1 kimi yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsi tərəfindən X7 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X15 şəhadətnamədə düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon X13 xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ərizəçilər Ərizəçi1, Həsənova (Məmmədova) Elnarə Nizami qızının və ailə üzvləri X3, X9, X4, X10 və X14 mülkiyyətinə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına verilmiş JN-213A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 ata adı göstərilməmiş, həmçinin digər ərizəçi Həsənova (Məmmədova) Elnarə Nizami qızının adı “Elnarə” əvəzinə səhvən “Elmira” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-213A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X15, X22, X21, X23 və X25 ilə yanaşı ərizəçilər Ərizəçi1 və Həsənova (Məmmədova) Elnarə Nizami qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar