Məhkəmə qərarları › İş №2(073)-561/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-561/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-561/2023 18.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-238 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə yanaşı ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon X15 xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə onun (Ərizəçi1) və ailə üzvləri X10, X5, Ərizəçi2, X18, X11, X16, X6, X17, X12, X4, Ərizəçi1 Yaşar oğlunun, X7, Ərizəçi3 mülkiyyətinə Cəlilabad rayonunun Ocaqlı kəndinin ərazisindən 6.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-238 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında onun (Ərizəçi1) və Ərizəçi2 soyadı “Sultanov” əvəzinə “Soltanov” kimi, Ərizəçi2 atasının adı «Mehdi» əvəzinə «Mehti» kimi, digər Ərizəçi3 adı isə səhvən “X35” kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinə müraciət etmişlər, lakin həmin idarədən düzəliş edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon X15 xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə onun (Ərizəçi2) və ailə üzvləri Ərizəçi1, X10, X5, X18, X11, X16, X6, X17, X12, X4, Ərizəçi1 Yaşar oğlunun, X7, Ərizəçi3 mülkiyyətinə Cəlilabad rayonunun Ocaqlı kəndi ərazisindən 6.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-238 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında onun (Ərizəçi2) və Ərizəçi1 soyadı səhvən “Sultanov” əvəzinə “Soltanov” kimi, atasının adı «Mehdi» əvəzinə «Mehti» kimi, digər Ərizəçi3 adı isə səhvən “X35” kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinə müraciət etmişlər, lakin həmin idarədən düzəliş edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon X15 xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə onun (Ərizəçi3) və ailə üzvləri Ərizəçi1, X10, X5, Ərizəçi2, X18, X11, X16, X6, X17, X12, X4, X19, X7 mülkiyyətinə Cəlilabad rayonunun Ocaqlı kəndinin ərazisindən 6.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adın JN-238 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında onun (Ərizəçi3) adı səhvən “X35” kimi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadı səhvən “Sultanov” əvəzinə “Soltanov” kimi və Ərizəçi2 atasının adı «Mehdi» əvəzinə «Mehti» kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi idarəsinə müraciət etmişlər, lakin həmin idarədən düzəliş edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-238 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon X15 xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə X20, X10, X5, X21, X18, X11, X16, X6, X17, X12, X2, X19, X7 və X22 mülkiyyətinə Cəlilabad rayonunun Ocaqlı kəndinin ərazisindən 6.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi2 xx.xx.1970-ci ildə doğulmuşdur, atası X36, anası X13r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1946-cı ildə doğulmuşdur, atası X23, anası X3. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayıdan görünür ki, Ərizəçi3 xx.xx.1995-ci ildə doğulmuşdur, atası Ərizəçi2, anası X14r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X24 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon İHB Qarazəncir kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, JN-238 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən X1 Çingiz Yaşar oğlu kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Ərizəçi2 Mehti oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, JN-238 nömrəli dövlət aktında düzəliş edilməsi ilə bağlı Ərizəçi2 məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon X15 xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Ərizəçi1 və ailə üzvləri X10, X5, Ərizəçi2, X18, X11, X16, X6, X17, X12, X4, Ərizəçi1 Yaşar oğlunun, X7 və Ərizəçi3 mülkiyyətinə Cəlilabad rayonunun Ocaqlı kəndinin ərazisindən 6.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-238 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında ərizəçilərdən Ərizəçi1 və Ərizəçi2 soy adı “Sultanov” əvəzinə “Soltanov” kimi, Ərizəçi2 atasının adı səhvən «Mehti» kimi, digər Ərizəçi3 adı isə səhvən “X35” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-238 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X28, X25, X38, X29, X32, X26, X33, X30, X8, X39, X27 ilə yanaşı ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar