Məhkəmə qərarları › İş №2(073)-571/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-571/2023

18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-571/2023 18.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi X12 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 JN-646, KOD 80600038 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X9 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN- 646 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə onlara və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Günəşli kəndində 3,77 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-646, KOD 80600038 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin Dövlət aktında onun adı “Elmira” əvəzinə “Elnurə” kimi, bacısı Pərvanənin adı “Pərvanə” əvəzinə “Təranə” kimi, mərhum anasının adı “Güli” əvəzinə “Güllü” kimi, qardaşının adı, soyadı, ata adı və cinsi qrafasında “Ərizəçi3” əvəzinə “X23” kimi yazılmışdır. Bu səhvlər onların sənədləşmə işində maneələr yaradır. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı DƏDRX-nin 8 saylı ərazi idarəsinə müraciət etmiş, lakin orada həmin faktların onlara məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilərək JN-646, KOD 80600038 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi X25 Ərizəçi1 göstərdiyi xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-646, KOD 80600038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə X7, X3, X4, X8, X5, X10, X12, X2 və X6 mülkiyyətlərinə Cəlilabad rayonu Pakrovka (Günəşli) kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,77 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Günəşli kənd İƏDÜN tərəfindən 885 nömrə ilə qeydə alınmış təsərrüfatbaşı kitabdan çıxarışdan görünür ki, X20 və onun ailə üzvləri X13, X14, X21, X15, Ərizəçi3, X25, X16, X11 və X17 qeydiyyata alınmışlar. İşdə olan AZ-İ № 375888 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə X14 nikahlarını 27 dekabr 1993-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 saylı qeydiyyat aparılaraq, arvada Mirzəyeva soyadı verilmişdir. İşdə olan AZ-İ № 452565 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 28 fevral 2011-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İ № 924117 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 28 yanvar 2018-ci il tarixdə ölmüşdür. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatdadır. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə ərizəçilərin ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə Cəlilabad rayonu Günəşli kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3,77 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-646, KOD 80600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında səhvən ərizəçilər X14 yazılmalı olduğu halda X18, Ərizəçi2 yazılmalı olduğu halda X15, Ərizəçi3 yazılmalı olduğu halda X23 və mərhum anaları X22 yazılmalı olduğu halda X1 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-646, KOD 80600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-646, KOD 80600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X9 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-646, KOD 80600038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X9 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar