Məhkəmə qərarları › İş №2(073)-574/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-574/2025

16.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-574/2025 16.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 10 noyabr 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cəlilabad Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin oğlu X6 10 noyabr 2006-cı ildə doğulmuşdur. Oğlu anadan gəlmə qüsurludur, 1-ci qrup əlildir. Övladı kvadropledik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Çox ağır dərəcəli əqli geriliyi vardır. Nə qədər müalicə olunsa da sağalmamışdır. Hazırda da qulluq və müalicə tələb edən davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Hal-hazırda oğlu təkbaşına heç bir hərəkət edə bilmir. Oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 noyabr 2006-cı ildə doğulmuşdur, atası Nümayəndə, anası Ərizəçidır. İşdə olan “AR ƏƏSMM Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi barədə” çıxarışdan görünür ki, 10 noyabr 2006-cı ildə doğulmuş X2 spastik serebral iflic tetraplegiya, çox ağır dərəcəli əqli gerilik səbəbindən birinci dərəcəli əlil hesab edilmişdir. İşdə olan Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, 10 noyabr 2006-cı ildə doğulmuş X1 spastik serebral iflic diaqnozu qoyulmuşdur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi X3 fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olduğunu, daha sonra məhkəmə qətnaməsi ilə birlikdə İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 802 saylı rəydən görünür ki, X6 “uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində)” xəstəliyi səbəbindən hal-hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarına malik deyil. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsaslar vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 10 noyabr 2006-cı ildə doğulmuşdur. Uşaq serebral iflici nəticəsində yaranan “ağır dərəcəli əqli gerilik (idiotiya dərəcəsində)” xəstəliyindən əziyyət çəkir. Hal-hazırda özünü idarə edə bilmir, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyil. Buna görə də ərizəçi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq təyin edilməsi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 noyabr 2006-cı ildə Cəlilabad rayonunda doğulmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar