Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-602/2024 01.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 2900 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 2900 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 2022-ci ildə Cavabdeh X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları onun yaşadığı evə aid quraşdırılmış sayğaca baxış keçirmişlər və həmin sayğacdan guya qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur. Sonradan cavabdeh təşkilat tərəfindən 29 sentyabr 2022-ci il tarixdə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə edilməsinə görə ona əsassız olaraq itirilmiş qaz sərfiyyatının dəyəri üçün 3257 manat borc yazılmışdır. O, rayonun mərkəzində yaşadığı üçün, orada sayğaca müdaxilə edilməsi mümkün deyil. Axırıncı dəfə onun yaşadığı evə aid Smart tipli sayğac quraşdırılmışdır və ödənişlərinin çoxu borcuna silinir. Ona hesablanmış 3257 manat borcdan silinmələr aparılmış və hazırda 2900 manat borcu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 2900 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, o, Cavabdeh Lənkəran X4 İdarəsinin hüquq məsləhətçisi vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan İddiaçı Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad xidmət sahəsində **********00000 saylı kodla abonent qeydiyyatındadır. Lənkəran X4 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları 29 sentyabr 2022-ci il tarixdə Cəlilabad şəhərində yerləşən İddiaçı yaşadığı evə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və abonentin həmin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Sayğaca və xəttə baxış keçirilməsi video görüntüyə alınmış və iş materiallarına əlavə edilmişdir. Bundan sonra həmin sayğac dövlət yoxlanışından keçmiş və 29 sentyabr 2022-ci il tarixdə «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında İddiaçı adına ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında İddiaçı abonent hesabına 27000 m3 sərfiyyat hesablanmaqla, 3240 manat borc yazılmışdır. O, hesab edir ki, iddiaçının adına tərtib edilmiş akt qanuni və əsaslıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi ilə İddiaçı arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli, 1527.01.17 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı fərdi yaşayış evinə xx.xx.2012-ci il tarixdə Elestr G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 29 sentyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünürki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış G-4 markalı, 05650541 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə olunması müəyyən olunmuşdur. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 24 oktyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış Zenner tipli, G-4 markalı, **********7 nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, G-4 markalı, **********018 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının qeyri-qanuni qazdan istifadə olunması barədə qeydlər aparılmışdır. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünürki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, qaz istifadəçilərindən, PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün, su qızdırıcı kombi maksimal saatlıq qaz sərfi 2.8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün, qənaətli su qızdırıcı maksimal saatlıq qaz sərfi 2,25 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (1,2x24x180=5184 m3, 2,8x24x180=12096 m3, 2,25x24x180=9720 m3) hesablanmaqla, cəmi 27000 m3 olması müəyyən olunmuş və itirilmiş təbii qaza görə 3240 manat borc hesablanmışdır. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünürki, İddiaçı adına aktlar üzrə 2022-ci ilin sentyabr ayına 3240 manat borc yazılmışdır. Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən təqdim edilmiş video görüntüyə proses iştirakçıları ilə birlikdə baxış zamanı, İddiaçı yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 2022-ci ildə Cavabdeh X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları iddiaçının yaşadığı evə aid quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və həmin sayğacdan qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur. Sonradan cavabdeh təşkilat tərəfindən 29 sentyabr 2022-ci il tarixdə akt tərtib olunmuş və həmin aktda sayğaca müdaxilə edilməsinə görə iddiaçıya itirilmiş qaz sərfiyyatının dəyəri üçün 3240 manat borc hesablanmışdır. Axırıncı dəfə iddiaçının yaşadığı evə aid Smart tipli sayğac quraşdırılmış və iddiaçı tərəfindən ödənilən məbləğdən borcuna görə silinmələr aparılmış və hazırda iddiaçının 2900 manat borcu qalmışdır. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, G-4 markalı, ******* nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut olunur, lakin cavabdeh təşkilat tərəfindən mütənasib olmayan əsassız sərfiyyat hesablanmışdır. Göründüyü kimi 29 sentyabr 2022-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və hesablanmış 27000 kub metr sərfiyyat qismən əsassız olmuşdur. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədə» İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, qaz istifadəçilərindən, PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün, su qızdırıcı kombi maksimal saatlıq qaz sərfi 2.8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün, qənaətli su qızdırıcı maksimal saatlıq qaz sərfi 2,25 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (1,2x24x180=5184 m3, 2,8x24x180=12096 m3, 2,25x24x180=9720 m3) hesablanmaqla, cəmi 27000 m3 olması müəyyən olunmuşdur. Əslində isə PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 90 gün, su qızdırıcı kombi maksimal saatlıq qaz sərfi 2.8 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 90 gün, qənaətli su qızdırıcı maksimal saatlıq qaz sərfi 2,25 m3/saat orta günlük iş rejmi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Belə olan halda, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı ümumilikdə cəmi 13500 m3 və ya 1620 manat olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 25 may 2023-cü il tarixli, ******* saylı akt 3240 manat məbləğində və ya 27000 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməlidir. İş materiallarında olan, Cavabdeh Lənkəran X4 İdarəsi ilə İddiaçı arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli, 1527.01.17 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Lənkəran X4 İdarəsi tərəfindən tərtib olunmuş 29 sentyabr 2022-ci il tarixli, ******* saylı akt 3240 manat məbləğində və ya 27000 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməli, hesablanmış 27000 m3 sərfiyyatın 13500 m3 hissəsi və ya 1620 manat borc hissəsi İddiaçı abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216, 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Lənkəran X4 İdarəsi tərəfindən tərtib olunmuş 29 sentyabr 2022-ci il tarixli, ******* saylı akt 3240 (üç min ik yüz qırx) manat məbləğində və ya 27000 m3 (iyirmi yeddi min kub metr) sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilsin, hesablanmış 27000 m3 (iyirmi yeddi min kub metr) sərfiyyatın 13500 m3 (on üç min beş yüz kub metr) hissəsi və ya 1620 (bir min altı yüz iyirmi) manat borc hissəsi İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-602/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-602/2024
01.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver