Məhkəmə qərarları › İş №2(073)-619/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-619/2023

13.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-619/2023 13.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, A 178331 saylı torpaq sahəsinin planı və ölçüsünün və A 178332 saylı torpaq sahəsinin planı və ölçüsünün mərhum atası X3 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat komissiyasının 12 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə mərhum atası X2 mülkiyyətinə Cəlilabad rayonunun Xanılı kəndi ərazisindən 7524.17 kv.m və 4633.09 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair mərhum atasının adına A 178331 saylı və A 178332 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlərdə mərhum atası X1 “Mirəliyev” əvəzinə səhvən “Mirliyev” kimi yazılmışdır. Mərhum atasından miras qalmış torpaq sahələrinə qanun üzrə vərəsə tanınmaq istəyir, lakin qeyd edilən səbəbdən həmin hüququndan istifadə edə bilmir. Həmin yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə müraciət etmiş, həmin idarədə yanlışlığın aradan qaldırılması mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2010-cu il tarixli, A 178331 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon X7 12 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə X4 mülkiyyətinə Cəlilabad rayonunun Xanılı kəndi ərazisindən 7524.17 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2010-cu il tarixli, A 178332 saylı torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon X7 12 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə X4 mülkiyyətinə Cəlilabad rayonunun Xanılı kəndi ərazisindən 4633.09 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Kürdlər kənd XDS İK tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, XİV-JQ 331 778 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci ildə doğulmuşdur, atası X6, anası X10r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1952-ci ildə doğlumuşdur, atası X8, anası X9r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.2011-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat komissiyasının 12 may 1998-ci il tarixli, 06 saylı qərarı ilə mərhum atası X2 mülkiyyətinə Cəlilabad rayonunun Xanılı kəndi ərazisindən 7524.17 kv.m və 4633.09 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair mərhum X2 adına A 178331 saylı və A 178332 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlərdə ərizəçinin mərhum X1 “Mirəliyev” əvəzinə səhvən “Mirliyev” kimi yazılmışdır. Ərizəçi mərhum atasından miras qalmış torpaq sahələrinə qanun üzrə vərəsə tanınmaq istəyir, lakin qeyd edilən səbəbdən həmin hüququndan istifadə edə bilmir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi torpaq sahəsinin plan və ölçüsü sənədlərinin mərhum atasına məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mərhum atasından miras qalmış torpaq sahələrinə qanun üzrə vərəsə tanınması üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. A 178331 saylı və A 178332 saylı torpaq sahəsinin planı və ölçüsü sənədlərinin 19 iyun 2011-ci ildə ölmüş X3 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar