Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-684/2025 16.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X4 miras qalmış “VAZ 2105” markalı avtomobildən qanun üzrə ona çatası payın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçının mərhum əri X4 miras olaraq 1984-cü il buraxılışlı “VAZ 2105” markalı avtomobil qalmışdır. Mərhum əri vəfat etdikdən sonra iddiaçı həmin əmlakı faktiki olaraq qəbul etmiş və sahiblənmişdir. İddiaçıdan əlavə Asif, Sona, Vüsal, Günəş, Kamran adlı vərəsələr də vardır. Lakin cavabdeh həmin əmlakdan onlara çatası payı verməkdən əsassız olaraq imtina etmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun anasıdır, miras qoyan isə atasıdır. Avtomobil 1984-cü ildə atası tərəfindən alınmışdır və onun istifadəsində olmuşdur. Atası vəfat etdikdən sonra bu günə kimi avtomobil onların, yəni anasının həyətindədir və arada bir kənd arası yollarda müxtəlif məqsədlər üçün istifadə edirlər. Bütün bacı-qardaşları, yəni vərəsələr avtomobilin anasının (iddiaçının) adına keçirilməsinə etiraz etmirlər, yalnız cavabdeh mübahisə yaradır. Buna səbəb isə onun həyat yoldaşıdır. Avtomobili hazırda sənədləşdirmək və idarə etmək istəyirlər, lakin cavabdehin miras əmlakın bölüşdürülməsində razılığı olmadığına görə məsələni həll edə bilmirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 08 aprel 2025-ci il tarixli qərardadı ilə vərəsələr X12, X9, Nümayəndə, X6 və X7 iş üzə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdirlər və hər birinin iddiaya münasibəti məhkəmə tərəfindən öyrənilmişdir. Məhkəmə iş materiallarını, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının və onun nümayəndəsinin, üçüncü şəxslərin izahatları dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan və 10 may 1976-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X2 xx.xx.1976-cı ildə rəsmi nikah bağlamışlar və bu barədə nikah akt qeydləri kitabında 06 saylı qeyd aparılaraq nikahdan sonra arvada Qarayeva soyadı verilmişdir. İşdə olan Cəlilabad RİHB-nin Şabanlı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2019-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad RİHB-nin Şabanlı kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü i tarixli arayışdan görünür ki, X13 xx.xx.2019-cu ildə vəfat etmiş, vəfat etdiyi günədək Cəlilabad rayonu Şabanlı kəndndə yaşamış və vəfatından sonra aşağıda adları göstərilən vərəsələri qalmışdır: İddiaçı, X12, X9, Nümayəndə, X6, Cavabdeh, X7. İşdə olan xx.xx.1984-cü il tarixli, AT 031657 saylı texniki pasportdan görünür ki, “VAZ 2105” markalı B7835AQ dövlət qeydiyyat nişanlı avtomobil X5 mülkiyyətindədir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, Nümayəndə tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ərizəçi Nümayəndə xx.xx.2019-cu ildə vəfat etmiş atası X8 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbərdardır. Həmin mirasdan ona çatası payı qəbul etmir və bununla bağlı heç bir iddia və tələbi yoxdur. Gələcəkdə də olmayacaq. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, X7 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ərizəçi X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2019-cu ildə vəfat etmiş atası X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş, X12 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ərizəçi X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2019-cu ildə vəfat etmiş atası X4 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən üçüncü şəxslər X6 və X9 eyni məzmunlu izahat verərək bildirmişdirlər ki, atalarından miras qalmış avtomobil ataları öldükdən bu günə kimi anaları yaşayan evin həyətindədir, sürülmür. Avtomobilin miras əmlak kimi analarının adlarına keçməsinə etiraz etmirlər. İşdə olan X6 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X6 iddiaçı X1 Cavabdeh qarşı miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxsdir. Hazırki iş üzrə miras əmlak olan “VAZ 2105” markalı avtomobillə əlaqədar heç bir iddia və tələbi yoxdur. Həmin miras əmlakdan iddiaçı X1 payının müəyyən edilməsinə etiraz etmir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan X9 tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X9 iddiaçı X1 Cavabdeh qarşı miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxsdir. Hazırkı iş üzrə miras əmlak olan “VAZ 2105” markalı avtomobillə əlaqədar heç bir iddia və tələbi yoxdur. Həmin miras əmlakdan iddiaçı X1 payının müəyyən edilməsinə etiraz etmir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Nümayəndə tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Nümayəndə iddiaçı X1 Cavabdeh qarşı miras payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxsdir. Hazırkı iş üzrə miras əmlak olan “VAZ 2105” markalı avtomobillə əlaqədar heç bir iddia və tələbi yoxdur. Həmin miras əmlakdan iddiaçı X1 payının müəyyən edilməsinə etiraz etmir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1976-cı ildə X13 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından X12, X9, Nümayəndə, X6, Cavabdeh, X7 adlı uşaqları doğulmuşdur. X13 iddiaçı ilə birgə nikahda olduqları vaxt “VAZ 2105” markalı, B7835AQ dövlət qeydiyyat nişanlı avtomobil almışdır. X13 xx.xx.2019-cu ildə vəfat etmiş və “VAZ 2105” markalı B7835AQ dövlət qeydiyyat nişanlı avtomobil miras olaraq qalmışdır. İddiaçı həmin miras payının ona münasibətdə rəsmiləşdirilməsini istəyir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, İddiaçı mərhum X5 vəfatından sonra ondan qalmış miras əmlakı qəbul etmiş və faktiki olaraq sahiblənmişdir. Eyni zamanda iddaçı mübahisəli miras əmlakı mərhum əri ilə birgə nikah dövründə əldə etmişdir. Həmçinin digər vərəsələr X12, X9, Nümayəndə, X6 və X7 onlara çatası miras paydan imtina etmişlər və bununla bağlı gələcəkdə də heç bir iddia və tələblərinin olmayacağını bildirmişlər. Cavabdeh xx.xx.2019-cu ildə vəfat etmiş atası X4 qalmış miras əmlakı qəbul etməmiş və bununla bağlı bu günədək heç bir iddiası olmamışdır. Həmin xüsusat məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin verdikləri izahatlarla da öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarından müəyyən edilyi kimi “VAZ 2105” markalı avtomobil birgə nikah dövründə əldə edilmiş əmlak olmaqla miras qoyan X5 və İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur, iddiaçı X3 mirasdan istifadə etməklə mərhum Məzlum Qarayevdən qalmış mirası faktiki olaraq qəbul etmişdir, habelə onun miras əmlakla bağlı vərəsəlikdə üstünlük hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə görə miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1302-ci maddəsinə əsasən miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəslərin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 106, 119, 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı miras qoyan X4 miras qalmış “VAZ 2105” markalı, B7835AQ dövlət qeydiyyat nişanlı avtomobildə miras payı tam hissədə müəyyən edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-684/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-684/2025
16.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver