Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-693/2025 04.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 iyun 2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edərək, müvafiq ödənişlərini edir. 2023-cü ilin iyun ayında Cavabdeh əməkdaşları tərəfindən onun evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. 25 iyun 2023-cü il tarixdə akt tərtib edilmiş, aktda sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombunun kəsilməsinin aşkar edilməsi qeyd olunmuş və bu səbəbdən cərimə olunmuşdur. Həmin aktı əsassız hesab edir. Belə ki, sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacında sonradan aşkar edilmiş qüsurdan iddiaçının məlumatı yoxdur. Aktda qeyd olunmuş sayğaca edilən müdaxilənin qəsdən onun tərəfindən edilməsi mümkünsüzdür, çünki bu iddiaçının bilərəkdən özünə zərər vurması deməkdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, ünvan 1i unvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış “Elister” markalı sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və “Zenner” G-4 markalı sayğacla əvəz edilmişdir. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı 10323124 saylı qaz sayğacının gövdəsi kənar təsir nəticəsində əzilib, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombunun kəsilməsi aşkar edilməsi qeyd olunmuşdur. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı nın təbii qazdan istifadəyə görə 2023-cü ilin dekabr ayına qalıq və aktlar üzrə olan borcu 1555.20 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Niftiyeva X1 rayonu Gülməmmədli kəndi ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edərək müvafiq ödənişlərini edir. 2023-cü ilin iyun ayında Cavabdeh əməkdaşları tərəfindən onun evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilmiş və yenisi ilə əvəz edilmişdir. 25 iyun 2023-cü il tarixdə akt tərtib edilmiş aktda sayğacın gövdəsinin kənar təsir nəticəsində əzilməsi, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğusunun plombunun kəsilməsinin aşkar edilməsi qeyd olunmuş və bu səbəbdən cərimə olunmuşdur. İddiaçı həmin akt əsasında hesablanmış borcu (cəriməni) əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edilmişdir. Buna görə də qeyd olunan həmin mübahisəli akt və onun əsasında yazılmış cərimə əsaslı sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, sayğaca qanunsuz müdaxilənin məhz iddiaçı tərəfindən edildiyini müəyyən edən hər hansı sübut olmadığından, müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini müəyyən edən sübut növünün cavabdeh tərəfindən təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir, iddiaçının abonent hesabına yazılmış cərimə borc əsassız hesab edilməklə silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB Lənkəran X4 İdarəsi tərəfindən İddiaçı abonent hesabına hesablanmış 1555.2 (bir min beş yüz əlli beş manat 20 qəpik) borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-693/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-693/2025
04.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver