Məhkəmə qərarları › İş №2(073)-7/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-7/2024

12.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-7/2024 12.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “Azəriqaz” İstehsalat Birliyinə məxsus 219 mm-lik, orta təzyiqli, daşıyıcı, yerüstü qaz kəmərinin Cəlilabad şəhəri, H.Əliyev prospekti 154A ünvanında yerləşən hissəsində, mühafizə zonasında Cəlilabad rayonu Cəlayir kəndində yaşayan Cavabdeh tərəfindən inşa edilmiş obyektin – “İrşad Elektronics”in inzibati binasının cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinə məxsus 219 mm-lik, orta təzyiqli, daşıyıcı, yerüstü qaz kəmərinin Cəlilabad şəhəri, H.Əliyev prospekti 154A ünvanında yerləşən hissəsində, mühafizə zonasında Cəlilabad rayonu Cəlayir kəndində yaşayan Cavabdeh tərəfindən inşa edilmiş obyektin – “İrşad Elektronics”in inzibati binasının cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclası 12 dekabr 2024-cü il tarixə saat 09:05-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 7********) iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “Azəriqaz” İstehsalat Birliyinə məxsus 219 mm-lik, orta təzyiqli, daşıyıcı, yerüstü qaz kəmərinin Cəlilabad şəhəri, H.Əliyev prospekti 154A ünvanında yerləşən hissəsində, mühafizə zonasında Cəlilabad rayonu Cəlayir kəndində yaşayan Cavabdeh tərəfindən inşa edilmiş obyektin – “İrşad Elektronics”in inzibati binasının cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 7********) iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar