Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-708/2025 04.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi sənədin məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair’' JN-319A, KOD 80617048 nömrəli şəhadətnamənin digər mülkiyyətçilərlə birlikdə ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, xx xxxx 1984-cü il tarixdə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş və həmin kənddə də yaşayır. Valideynlərinin ondan başqa daha üç övladı var. X1 05 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.80 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-319A KOD 80617048 “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə onun adı “Camal” əvəzinə səhvən “Elxan” kimi qeyd edilmişdir. Halbuki valideynlərinin Elxan adında övladları olmamışdır. Cəlilabad rayon İHB-nin Maşlıq kənd icra nümayəndəliyinin vermiş olduğu 23 dekabr 2024-cü il tarixli aktda da onun adının “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv yazılması qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq istəyirlər. Bu yanlışlıqların düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs1 Abutalıb qızı, Maraqlı şəxs2 Abutalıb oğlu, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Adıgözəlova (Musayeva) Xatirə Soltan qızı verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun oğludur. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə 0.80 ha həvətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-319A KOD 80617048 “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə oğlunun adı “Camal” əvəzinə səhvən “Elxan” kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq istəyirlər. Həmin yanlışlığın düzəldilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə ərizə ilə müraciət etmiş, lakin onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğunu bildirmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş İmanova (Adıgözəlova) Ülkər Kamal qızı şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. Ərizəçi onun qardaşıdır. Torpaq sahəsində ərizəçinin olduğu kimi onun da mülkiyyət hüququ var və həmin mülkiyyət sənədində göstərilən “Elxan” adlı şəxs həqiqətən də onun qardaşı “Camal”dır. Özü 2000-ci ildə nikaha daxil olmuşdur və soyadı dəyişmişdir. İşdə olan JN-319A, KOD 80617048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X3, Maraqlı şəxs1 Abutalıb qızının, Maraqlı şəxs2 Abutalıb oğlunu, Maraqlı şəxs3, X4, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs6 mülkiyyətlərinə Cəlilabad rayonu Maşlıq kəndi ərazisindən 0.80 ha kənd həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon İHB-nin Muğan kənd icra nümayəndəliyi tərəfindən verilmiş 23 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş JN-319A, KOD 80617048 saylı dövlət aktı və şəhadətnamədə mülkiyyətçilərdən Ərizəçi adı yazılmışdır “X6” kimi, yazılmalıdır “Ərizəçi”. İşdə olan Cəlilabad rayon Muğan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi JN-319A, KOD 80617048 saylı şəhadətnaməyə düzəliş edilməsi üçün ərizə ilə müraciət etmiş, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ərizəçiyə və ailə üzvlərinə 0.80 ha həvətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-319A KOD 80617048 “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş, lakin həmin şəhadətnamədə ərizəçinin adı “Camal” əvəzinə səhvən “Elxan” kimi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq istəyirlər. Ərizəçi həmin yanlışlığın düzəldilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə ərizə ilə müraciət etmiş, lakin onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğunu bildirmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi JN-319A KOD 80617048 “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçnin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 233 və 360-cı maddələrini, həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-319A, KOD 80617048 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-708/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-708/2025
04.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver