Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-709/2023 18.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi ilə bağlı mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 1965-ci il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, X4 onun qardaşıdır. İllərdir ki, onun himayəsində yaşayır. Rasət İskəndərov uzun müddətdir ki, ruhi xəstəlikdən əziyyət çəkir. Nə qədər müalicə etdirsələr də, o sağalmamışdır. Hazırda da arabir xəstəliyi tutur və çox pis vəziyyətə düşür. Rasət İskəndərovun bu vəziyyəti getdikcə ağırlaşmaqdadır. O, bir böyük qardaş kimi onun taleyindən çox nigaran və narahatdır. Rasət İskəndərov etdiyi hərəkətlərin mənasını anlamır. Hesab edir ki, oğlu X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi X6 ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 avqust 2022-ci il tarixli, 536/12 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1959-cu ildə doğulmuşdur, atası X5, anası X7r. İşdə olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 19 oktyabr 1965-ci ildə doğulmuşdur, atası X5, anası X7r. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Cəlilabad Rayon Mərkəzi X10 Şəxsi Ailə sağlamlıq mərkəzi tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 2090 saylı arayışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kənd sakini 1965-ci il təvəllüdlü X2 “Uşaq serebral iflicinin qalıqları hər iki aşağı ətraflarının parezi, kobud deformasiyası, ağır əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatındadır. Xəstənin kənar şəxsin qulluğuna ehtiyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1636 saylı rəydən görünür ki, hazırda X2 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu iqtidarına malik deyildir. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X4 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası X5, anası X12 olmaqla X4 19 oktyabr 1965-ci il tarixdə doğulmuşdur. X4 “kəskin imbesillik” xəstəliyi ilə birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 19 oktyabr 1965-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-709/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-709/2023
18.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver