Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-711/2023 21.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Azəriqaz» X3 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X3 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və akta əsasən abonent hesabına əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərində yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. 2022-ci ilin payız aylarında «Azəriqaz» X3 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən ona məxsus olan həmin yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və həmin sayğacı çıxarıb aparmışlar. 30 noyabr 2022-ci il tarixdə onun adına akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. Halbu ki, qeyd edilən sayğac çıxarılarkən heç bir sınıq və müdaxilə aşkar olunmamışdır. Sayğacı açıb apardıqdan sonra özləri istədikləri formada aktlaşdıraraq cərimə tətbiq etmişlər. Tərtib edilmiş aktda nə onun, nə də ki, onun ailə üzvlərinin imzası yoxdur. O, Lənkəran X8 İdarəsinin Cəlilabad xidmət sahəsinə gedərək aktla bağlı maraqlanmış, sayğaca heç bir müdaxilə olunmadığını cavabdeh təşkilata bildirmiş və ona məlum olmuşdur ki, köhnə sayğacları açıb götürdükdən sonra bir çox abonentlərə qanunsuz olaraq müdaxilə yazmaqla cərimə tətbiq etmişlər. Lənkəran X8 İdarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən verilmiş abonentin saldosundan da görünür ki, cari aylar üzrə ödənişlər olunmuş və 2022-ci ilin noyabr ayında birdən birə 4204,80 manat cərimə tətbiq olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və ona yazılan 4204,80 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, o, «Azəriqaz» X3 X8 İdarəsinin hüquq məsləhətçisi vəzifəsində işləyir. 2022-ci ilin son aylarında «Azəriqaz» X3 X8 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən İddiaçı məxsus olan yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və həmin sayğacın üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması aşkar olunmuşdur. Bundan sonra həmin sayğac dövlət yoxlanışından keçmiş və 30 noyabr 2022-ci il tarixdə «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» İddiaçı adına ******* saylı akt tərtib olunmuş və həmin akt əsasında İddiaçı adına 4204,80 manat sərfiyyat yazılmışdır. O, hesab edir ki, İddiaçı adına tərtib edilmiş akt qanuni və əsaslıdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan «Azəriqaz» X1 X8 İdarəsi ilə X4 arasında bağlanmış 27 aprel 2021-ci il tarixli, 5xx-xx-2021 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı Cəlilabad şəhərində yerləşən yaşayış evinə 09 fevral 2021-ci il tarixdə Zenner markalı, G-4 tipli, **********0 nömrəli qaz sayğacı quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış Zenner markalı, G-4 tipli, **********0 nömrəli sayğacın üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarının 1 saylı əlavəsində Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejmi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq (4x24x365=35040 m3) 35040 m3 olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2022-ci ilin noyabr ayına 4204,80 manat sərfiyyat yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 14 oktyabr 2022-ci il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sonradan yəni, 30 noyabr 2022-ci il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, Zenner markalı, G-4 tipli, **********0 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut olunur, lakin cavabdeh təşkilat tərəfindən mütənasib olmayan əsassız sərfiyyat hesablanmışdır. Göründüyü kimi 30 noyabr 2022-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və hesablanmış 35040 kub metr sərfiyyat qismən əsassız olmuşdur. Belə ki, işdə olan «Azəriqaz» X1 X8 İdarəsi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarının 1 saylı əlavəsində Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejmi 24 saat və hesabat müddəti 365 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi göstərilməklə, qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının (4x24x365=35040 m3) 35040 m3 olması qeyd edilmişdir. Əslində isə Müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 15 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejmi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Belə olan halda, qaz sayğacının üfiqi vəziyyətə gətirilərək, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı (4x24x90=8640 m3) 8640 m3 və ya 1036,80 manat olmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt 3168 manat məbləğində və ya 26400 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməli, hesablanmış 3168 manat sərfiyyat İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Lənkəran X8 İdarəsi tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt 3168 manat məbləğində və ya 26400 m3 sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilməli, hesablanmış 3168 manat sərfiyyat İddiaçı abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216, 220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia qismən təmin edilsin. Lənkəran X8 İdarəsi tərəfindən tərtib olunmuş 30 noyabr 2022-ci il tarixli, ******* saylı akt 3168 (üç min bir yüz altmış səkkiz) manat məbləğində və ya 26400 m3 (iyirmi altı min dörd yüz kub metr) sərfiyyatın hesablanması hissəsində qismən etibarsız hesab edilsin, hesablanmış 3168 manat (üç min bir yüz altmış səkkiz) sərfiyyat İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-711/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-711/2023
21.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver