Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-712/2025 18.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 aprel 2022-ci il tarixli, ******* saylı akt əsasında onun abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Cəlilabad rayonu Gülməmmədli kəndində yerləşən fərdi yaşayış evinə aid tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab hesab edilərək ləğv edilməsi və akta əsasən abonent hesabına hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 aprel 2022-ci il tarixli, ******* saylı akt əsasında onun abonent hesabına əsassız olaraq hesablanmış 432 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Təzəkənd kəndində yaşayır. Onun yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və həmin sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə ödənişlər etmiş və bu barədə çoxsaylı qəbzləri vardır. 06 aprel 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun evinə gələn qaz xəttinə quraşdırılmış sayğacı, keçən qazı yaxşı buraxmaması səbəbindən dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilib yenisi ilə əvəz olunmuşdur. Yəni yaşadığı evə “Zenner” markalı, G4 tipli **********1 nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilərkən tərtib olunmuş aktda onun yaşadığı evdən açılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli sayğacın plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşilməsi bildirilmişdir. Bu səbəbdən də müdaxilə kimi qiymətləndirib, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli akt yazılmışdır. O, bununla bağlı Cəlilabad rayon Qaz İstismar İdarəsinə müraciət edərək narazılığını bildirmiş, lakin Qaz İdarəsində ona bildirmişlər ki, bu barədə məhkəməyə müraciət etməlidir. Bundan sonra o, aktı aldıqdan sonra bilmişdır ki, güya Qaz İdarəsinin işçiləri tərəfindən onun evinə gələn qaz xəttinə quraşdırılmış “Zenner” markalı, G4T tipli **********1 nömrəli sayğac istismar müddəti bitdiyi üçün növbəti dövlət yoxlanışına göndərilməsi üçün 06 aprel 2022-ci il tarixdə dəyişdirilmiş və növbəti dövlət yoxlamasına göndərilmiş, yoxlama zamanı sayğacın plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuş və bu qz itkisi kimi dəyərləndirilmişdir. Lakin onun tərəfindən yaşadığı evə gələn qaz xəttinə quraşdırılmış sayğaca heç bir təsir olmamış və sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. Əsassız olaraq cavabdeh tərəfindən qaz sayğacına müdaxilə olunması ilə günahlandırılmış və əsassız olaraq ona borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə dəfələrlə bildirsə də hər hansı bir nəticəsi olm amışdır. Hansı əsasla hansı qanunvericilik müddəasına gorə qaz sayğacına olan müdaxiləyə gorə ona məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə onun arasında bağlanmış müqavilənin müddəalarına əsasən qaz sayğacın kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istelakçısının vəzifələri sırasına daxil edilməmişdir. Onun tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən belə müdaxilənin qarşısının alınmasını təmin etmək iqtidarında olmağım qeyri-mümkündür. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan müdaxiləyə gorə məsuliyyət daşımağı absurddur. Sayğaca hər hansı bir müdaxilə varsa belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Qaz sayğacı kənar müdaxilələrdən qorunmaq üqun xüsusi qutuya belə yerləşdirilməmişdir. Göründüyü kimi onun mlukiyyətində olan evə aid qaz sayğacının yoxlanılması nəticəsində sayğaca kənar müdaxilə olunmasına görə 29 aprel 2022-ci il tarixdə tərtib edilmiş akt əsasında hesablanmış borc əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 06 aprel 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Zenner” markalı, G4T tipli **********1 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacın plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi barədə qeydlər aparılmışdır. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 29 aprel 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli qaz sayğacın plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2022-ci ilin aprel ayına borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Zamanov X1 rayonu Təzəkənd kəndində yerləşən özünə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun yaşadığı fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun təbii qazdan istifadəyə görə ödənişlər etmiş və bu barədə çoxsaylı qəbzləri vardır. 06 aprel 2022-ci il tarixdə Cavabdeh İB-nin işçiləri tərəfindən onun evinə gələn qaz xəttinə quraşdırılmış sayğacı, istismar müddəti bitdiyi üçün növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilib yenisi ilə əvəz olunmuşdur. Yəni yaşadığı evə “Elestr” tipli, G-4 markalı ******* nömrəli yeni sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilərkən tərtib olunmuş aktda onun yaşadığı evdən açılmış “Elestr” tipli, G-4 markalı ******* nömrəli sayğacın plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşilmiş olması bildirilmişdir. Bu səbəbdən də müdaxilə kimi qiymətləndirib, 29 aprel 2022-ci il tarixli, ******* nömrəli aktla əlavə olaraq qaz itkisinə görə ona 432 manat borc yazılmışdır. O, bununla bağlı Cəlilabad rayon Qaz İstismar İdarəsinə müraciət edərək narazılığını bildirmiş, lakin Qaz İdarəsində ona bildirmişlər ki, bu barədə məhkəməyə müraciət etməlidir. Həmin aktda yazılmışdır ki, güya Qaz İdarəsinin işçiləri tərəfindən onun evinə gələn qaz xəttinə quraşdırılmış “Zenner” markalı, G4T tipli **********1 nömrəli sayğac istismar müddəti bitdiyi üçün növbəti dövlət yoxlanışına göndərilməsi üçün 06 aprel 2022-ci il tarixdə dəyişdirilmiş və dövlət yoxlamasına göndərilmiş, yoxlama zamanı plastmas qapağının qoruyucu şüşəsinin deşici alətlə deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən olunmuş və bu qz itkisi kimi dəyərləndirilmişdir. Lakin onun tərəfindən yaşadığı evə gələn qaz xəttinə quraşdırılmış sayğaca heç bir təsir olmamış və sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı olmadan təmin edilmiş və həmin aktdan sonradan məlumatı olmuşdur. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 29 aprel 2022-ci il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 4320 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 29 aprel 2022-ci il tarixli, ******* saylı akta əsasən iddiaçının obenent hesabına əsassız hesablanmış 432 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 aprel 2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 432 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 29 aprel 2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 432 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-712/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-712/2025
18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver