Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-737/2025 18.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokolunun mərhum əri X3 məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokolunun mərhum əri X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1999-cu il tarixli, 04 saylı qərarı ilə, ailə başçısı mərhum əri X6 olmaqla, ümumi birgə istifadələrinə 2,50 ha pay torpaq sahəsi verilmişdir. Lakin sonradan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının torpaq islahatı ilə əlaqədar qərarlarına düzəlişlərin edilməsi ilə bağlı Komissiyanın 26 iyul 2004-cü il tarixli, 7 nömrəli iclas protokolunda mərhum əri X2 adı yanlış olaraq, Cəfərov “Sevindik Abı” oğlu kimi yazılmışdır. Mərhum əri X6 14 dekabr 2012-ci ildə vəfat etmişdir. Hazırda həmin torpaq sahəsi onların istifadəsindədir və müxtəlif dənli bitkilərin əkiniylə məşğul olurlar. Buna baxmayaraq dövlət tərəfindən verilən subsidiyanı ala bilmirlər. Bu səbəbdən sənədləşmə işləri aparmaq istəyirlər və bununla bağlı müvafiq sənədi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmişlər, lakin orada ad və ata adı səhv yazıldığı üçün sənədləşmə aparmaq mümkün olmamış və bununla bağlı məhkəməyə müraciət etməsi izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmaqla, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokolundan görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarlarına düzəliş edilməklə, qeyd olunan 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokol qərarının Həsənli kəndi üzrə 2-ci bəndində X5 qeyd olunmuş 1,54 ha zəbt torpaq sahəsi naturada onun hesabında olmadığı üçün ləğv olunmuş və 76 saylı dairədən ona ailə üzvləri ilə birlikdə orta torpaq pay normasına uyğun olaraq 2,50 ha pay torpaq sahəsi ayrılmışdır. Belə ki, işdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, 68/12 saylı nikah haqqında arayışdan görünür ki, X6 ilə Ərizəçi nikahlarını 05 oktyabr 1967-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 nömrə ilə qeydiyyat aparılmaqla, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan AZ-İ 572157 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 insult xəstəliyi səbəbindən 14 dekabr 2012-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1999-cu il tarixli, 04 saylı qərarı ilə X2 ailə üzvləri ilə ümumi birgə istifadələrinə 2,50 ha pay torpaq sahəsi verilmişdir. Lakin sonradan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının torpaq islahatı ilə əlaqədar qərarlarına düzəlişlərin edilməsi ilə bağlı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokol qərarının Həsənli kəndi üzrə 2-ci bəndində olan qeydlərin ərizəçinin mərhum əri X2 adı yanlış olaraq, Cəfərov “Sevindik Abı” oğlu kimi yazılmışdır. X1 xx.xx.2012-ci ildə vəfat etmişdir. Ərizəçi dövlət tərəfindən verilən subsidiyanı ala bilmir. Halbuki, ərizəçinin mərhum əri X2 şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı X4r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokolunun mərhum əri X3 məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokol qərarının Həsənli kəndi üzrə 2-ci bəndində olan qeydlərin X1na məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 26 iyul 2004-cü il tarixi, 7 nömrəli iclas protokol qərarının Həsənli kəndi üzrə 2-ci bəndində olan qeydlərin X1na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-737/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-737/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver