Məhkəmə qərarları › İş №2(073)-792/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-792/2024

15.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-792/2024 15.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici (çıxarışın və s.) sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici (çıxarışın və s.) sənədlərin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, hazırki iş üzrə mübahisəni cavabdehlə öz aralarında razılığa gəlməklə həll etdiklərini bildirərək, iddia tələbindən imtina etməsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini və iş üzrə sənədləri nəzərdən keçirib belə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş hüquqmüəyyənedici (çıxarışın və s.) sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki işin icraatına, İddiaçı iddiadan imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar