Məhkəmə qərarları › İş №2(073)-795/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-795/2025

19.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-795/2025 19.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X* Xidmətinin” X2 Cəlilabad su meliorasiya sistemləri istismarı İdarəsinə qarşı 04 avqust 2023-cü il tarixli, 60*855 nömrəli aktın etibarsız hesab edilməsi və əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X* Xidmətinin” X2 Cəlilabad su meliorasiya sistemləri istismarı İdarəsinə qarşı 04 avqust 2023-cü il tarixli, 60*855 nömrəli aktın etibarsız hesab edilməsi və əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 avqust 2023-cü il tarixli, 60*855 nömrəli aktın etibarsız hesab edilməsi və əsassız yazılmış 3402 borcun silinməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilə müzakirələr aparılmış, mübahisənin kommersiya xarakterli olduğuna görə işə kommersiya məhkəmələri tərəfindən baxılmalı olması bildirilmişdir. Belə ki, borc iddiaçının kommersiya fəaliyyətindən irəli gəlir, həmçinin o, vergi ödəycisi kimi uçotdadır. İddiaçı *9.03.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək işi baxılmamış saxlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin *70.*-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 26*.0.*-26*.0.3 və 26*.0.6-26*.0.8‐ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin *70.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin *70.3-cü maddəsinə əsasən bu Məcəllənin *70.*‐ci və *70.2‐ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *70, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X* Xidmətinin” X2 Cəlilabad su meliorasiya sistemləri istismarı İdarəsinə qarşı 04 avqust 2023-cü il tarixli, 60*855 nömrəli aktın etibarsız hesab edilməsi və əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar