Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-82/2023 19.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 JN-188, KOD 80625038 nömrəli Torpağa mülkiyyə hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: JN-188, KOD 80625038 nömrəli Torpağa mülkiyyə hüququna dair Dövlət aktının Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon X3 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ailə üzüvlərinə 3.15 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir.Bu barədə onlara JN-188, KOD 80625038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında həyat yoldaşının adı “Möminəxanım” əvəzinə “Məminə” kimi və oğlunun adı “Şamədin “ əvəzinə “Şəmsəddin” kimi yazılmışdır. Bu da onun sənədləşmə işlərində problem yaradır. Bununla bağlı Daşınmaz Əmlakın DRX-nin 8 saylı ərazi idarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət olunmalıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilərək JN-188, KOD 80625038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi3 Ərizəçi1 ərizəsində göstərdiklərini müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-188, KOD 80625038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə Ərizəçi2 və Ərizəçi3 mülkiyyətlərinə Cəlilabad rayon Məmmədrzalı kəndində 3.15 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, 292 nömrəli arayışdan görünür ki, JN-188, kod 80625038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət akıtnda texniki səhv olaraq X2 yazılmışdır. Onun adıX5 əvəzinə Ərizəçi2 kimi oxunmalıdır. İşdə olan Cəlilabad rayon Şorbaçı kənd inzibati ərazi dairəsi üzrə tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli, 292 nömrəli arayışdan görünür ki, JN-188, kod 80625038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət akıtnda texniki səhv olaraq X1 yazılmışdır. Onun adıX4 əvəzinə Ərizəçi3 kimi oxunmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ərizəçilərin və onların digər ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayon Məmmədrzalı kəndində 3.15 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-188, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında ərizəçilər Ərizəçi2 adı səhvən «Məminə» kimi, Ərizəçi3 adı səhvən «Şəmsəddin» kimi yazılmışdır. Halbuki, ərizəçilərin şəxsiyyət vəsiqələrində və digər sənədlərdə soyadları, adları, ata adları Ərizəçi3, Ərizəçi2dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-188, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-188, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-188, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-82/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-82/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver