Məhkəmə qərarları › İş №2(073)-824/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-824/2025

17.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-824/2025 17.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təstiq edilmiş, X10 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələblərinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təstiq edilmiş, X10 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddiasını müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək verdiyi izahatında bildirdi ki, qohumu mərhum X1 rayon Şiləvəngə kəndində yerləşən daşınar və daşınmaz əmlakını xx.xx.2018-ci il tarixdə Cəlilabad rayin Şiləvəngə İƏDÜ nümayəndəsi tərəfindən təstuq edilmiş vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. Həmin vaxtdan hazıradək o, X3nın mülkiyyətində olan torpaq sahəsindən istifadə etməklə orada öz şəxsi vəsaiti hesabına fərdi yaşayış evi inşa etmiş və bu hal da onun mirası faktiki olaraq miras qoyanın sağlığı dövründən qəbul etməsi deməkdir. Hətta miras qoyanın ölümü ilə bağlı bütün dəfn xərclərini də o, şəxsən özü çəkmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, həmin 0,50 ha torpaq sahəsi ilə bağlı cavabdehə 11 may 2010-cu il tarixdə Cəlilabad rayon Notariat Kontorunda vəsiyyətnamə verilmişdir. Cavabdehə verilmiş vəsiyyətnamədə miras qoyanın əvəzinə başqa şəxs imza etmiş və həmin şəxslə o, əlaqə saxladıqda vəsiyyətnamədəki imzanın ona məxsus olmadığı və ümumiyyətlə belə bir hal ilə heç vaxt rastlamadığını, X10 adlı şəxsi tanımadığını və onun xahişi ilə heç bir sənədə imza atmadığını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 saylı qərarı ilə təstiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 22-ci bəndinə əsasən şəxs əqdi, ərizəni və ya başqa sənədi fiziki çatışmamazlığına, xəstəliyinə və ya hər hansı başqa səbəb gerə imzalaya bilmədikdə, əqdi, ərizəni və ya digər onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun eləcədə xüsusi notariusun köməçisinin iştirakı ilə başqa şəxs imzalaya bilər. Belə halda notariar hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin sənədi imzalaya bilmədiyinin səbəbi göstərilməlidir. Lakin göründüyü kimi vəsiyyətnamənin təstiqi zamanı guya miras qoyanın xahişi ilə imzalamış Cəlilabad şəhəri M.Hüseyn küçəsi 18 saylı evin sakini X4 adından onun xəbəri olmadan istifadə edilmişdir. Belə olan halda həmin vəsiyyətnamə etibarsız hesab edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil2 ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, X3nın bacısı nəvəsi olduğundan, X3 11 may 2010-cu il tarixində notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə ilə 0.50 hektar torpaq sahəsini onun adına vəsiyyət etmişdir. İddiaçı ona verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması barədə məhkəməyə iddia ilə müraciət etmiş və iddia ərizəsinə 31 avqust 2018-ci il tarixli icra nümayəndəsi tərəfindən təsdiq olunmuş başqa bir vəsiyyətnamə əlavə etmişdir. İddiaçı verilmiş vəsiyyətnamədə guya X3 tərəfindən bütün əmlakı İddiaçı vəsiyyət olunduğu göstərilir. İlk İddiaçı məhkəməyə təqdim etdiyi 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə məhkəmənin hazırlıq iclasında ona məlum olmuşdur. Qarşılıqlı iddia vermək üçün əsaslar olduğundan 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia vermişdir. Belə ki, məhkəməyə təqdim edilən 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ilk iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X3nın bacısı nəvəsi olduğundan, X3 11 may 2010-cu il tarixində notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə ilə 0.50 hektar torpaq sahəsini Cavabdeh adına vəsiyyət etmişdir. İddiaçı Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab olunması barədə məhkəməyə iddia ilə müraciət edərək, iddia ərizəsinə 31 avqust 2018-ci il tarixli icra nümayəndəsi tərəfindən təsdiq olunmuş başqa bir vəsiyyətnamə əlavə etmişdir. İddiaçı verilmiş vəsiyyətnamədə guya X3 tərəfindən bütün əmlakı İddiaçı vəsiyyət olunduğu göstərilir. İlk İddiaçı məhkəməyə təqdim etdiyi 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə məhkəmənin hazırlıq iclasında onlara məlum olmuşdur. Qarşılıqlı iddia vermək üçün əsaslar olduğundan 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə Cavabdeh tərəfindən qarşılıqlı iddia vermişdir. Belə ki, məhkəməyə təqdim edilən 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Cavabdeh verilən 11 may 2010-cu il tarixli vəsiyyətnamə notarial qaydada təsdiq edilmiş, lakin 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə icra nümayəndəsi tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223-cü maddəsinə əsasən 11 may 2010-cu il tarixli vəsiyyətnamə daha üstün qüvvəyə malikdir. Həmçinin, tərəflərindən araşdırılmış və 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin əsası, yəni vəsiyyət işi Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aşkar edilməmiş və müvafiq qeydiyyat kitabında həmin vəsiyyətnamə barədə hər hansı qeyd aparılmamışdır. İlkin İddiaçı da qeyd olunan vəsiyyət işi barədə hər hansı sənəd təqdim etməmişdir. Həmçinin icra nümayəndəliyi tərəfindən İddiaçı adına olan 12 aprel 1995-ci il tarixli vəsiyyətnamə də qanunsuz tərtib edilmiş, hər hansı vəsiyyət işi açılmamışdır, eyni zamanda hazırki tələb üzrə mübahisə predmeti deyildir. İlki İddiaçı adına olan vəsiyyətnamələr saxta yollarla tərtib edilmişdir. Ona görə də qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi izahatında bildirdi ki, o, ümumiyyətlə latın qrafikası ilə yazmağı bilmir, lakin oxumağı bacarır. Onun X3 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnaməndən məlumatı yoxdur və heç bir sənədə imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh onunla kirvədir. X3 11 may 2010-cu il tarixdə Cavabdehn vəsiyyətnamə verərkən, o və Cavabdeh X3nı avtomobillə Cəlilabad rayon 1 saylı Notariat ofisinə aparmışlar. Həmin vaxt X13 da orada olmuş, lakin 1 nəfər şəxsin də orada olmasına zərurət yarandığından təsədüfən Cəlilabad rayon 1 saylı Notariat ofisinə olmuş şəxs X9 da həmin vəsiyyətnamənin verilməsində iştirak etmiş və vəsiyyətnaməyə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 verdiyi izahatında bildirdi ki, X3 onun qohumudur. Mərhum X2 Ruslan Gülağa oğluna vəsiyyətnamə verdiyi gün ona zəng etmişlər ki, o, da yaxın qohum kimi qeyd olunan vəsiyyətnamənin verilməsində şahid qismində iştirak etsin. Həmin tarixdə X11 da Cəlilabad rayon 1 saylı Notariat ofisiində olmuş, lakin X4 orada olub-olmamasını dəqiq xatırlamır. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon 1 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X1 rayonu Şiləvəngə kəndində yerləşən ona məxsus 0,50 ha torpaq sahəsini bacısı nəvəsi Cavabdeh vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 31 avqust 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X10 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını İddiaçı vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş 12 aprel 1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cəlilabad rayonu Şiləvəngə kəndində yaşayan X10 ona məxsus bütün daşınan və daşınmaz əmlaklarını qayını oğlu İddiaçı vəsiyyət etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 3-21-3- 44/2-2783/2023 saylı məktubdan görünür ki, X3nın adına Cəlilabad rayonu Şiləvəngə kəndində yerləşən ü/s 66.2 kv.m, 2 otaqlı fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir və hazırda adındadır. İşdə olan Cəlilabad rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 aprel 2023-cü il tarixli, 796/12 saylı ölüm haqqında arayışdan görünür ki, X10 26 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 yanvar 2024-cü il tarixli, 09/12 saylı arayışdan görünür ki, 01 aprel 1938-ci il tarixdə Cəlilabad rayonu Şiləvəngə kəndində anadan olmuş X5 uşaqları haqqında məlumatın müəyyən edilməsi məqsədilə 08 yanvar 2024-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 uşaqları haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarxli, 2(073)-165/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, X3 tərəfindən verilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnaməyə əsasən mirası qəbul etmə müddəti uzadılmışdır. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 21 noyabr 2024-cü il tarxli, 2(106)- 1786/2024 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(073)-165/2024 saylı qətnaməsi maraqlı şəxs İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təstiq edilmiş, X10 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbində haqlı deyildir. Həmçinin məhkəmə iclasında araşdırılan sübutlarla vəsiyyətnamənin tərtib edilməsində heç bir qanun pozuntusu aşkar edilməmiş və mülki qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmişdir. Qeyd olunan mülki qanunvericiliyin normalarına əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olmasını təsdiq edən sənəddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin (Mülki Məcəllənin 1179.2-ci maddəsi). Həmin Məcəllənin 1180.1-ci maddəsinə görə Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır (Mülki Məcəllənin 1180.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1223.1-ci maddəsinə görə əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Həmin Məcəllənin 1223.2-ci maddəsinə görə notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Qeyd olunanlardan və Mülki Qanunvericilik normalarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh adına verilmiş 11 may 2010-cu il tarixli vəsiyyətnamə qanunun tələblərinə müvafiq tərtib edilmiş, X10 tərəfindən və hal şahidlərinin iştirakı ilə təsdiq edilmişdir. Həmçinin məhkəmə hazırki iş üzrə şahid qismində dindirilmiş X4 izahatını vəsiyyətnamənin tərtibindən uzun müddət keçməsi səbəbi ilə yalnış olduğu qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təstiq edilmiş, X10 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi əsassızdır. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək, hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.2-ci maddəsinə əsasən, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Həmin Məcəllənin 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş materiallarından və qarşılıqlı iddiaçı tərəfin izahatlarından görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçı tərəfindən təqdim edilmiş 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbində haqlıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə icra nümayəndəliyi tərəfindən təsdiq edilmiş, həmçinin vəsiyyət işinin mövcud olması barədə hər hansı sübut təqdim edilməmişdir. Ona görə də qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı 31 avqust 2018-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Həmin Məcəllənin 1230-cu maddəsinə görə, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təstiq edilmiş, X10 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia əsaslı olduğundan təmin edilərək, X3 tərəfindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilmiş 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu, ilk iddia təmin edilmədiyindən ilk İddiaçı özünə aid edilməlidir. Qarşılıqlı iddia təmin edildiyindən, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 227, 241-244, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon 1 saylı Notariat ofisi tərəfindən 11 may 2010-cu il tarixdə təstiq edilmiş, X10 tərəfindən Cavabdeh verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. X3 tərəfindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilmiş 31 avqust 2018-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilsin. İlk İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ilk İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar