Məhkəmə qərarları › İş №2(073)-827/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-827/2024

30.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-827/2024 30.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə abonent hesabına əsassız olaraq hesablanmış 172,80 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclaszalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalatBirliyi Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab olunması və həmin akta görə abonent hesabına əsassız olaraq hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu, Hacıismayıllı kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhərində yaşamışdır. Qeydiyyat olduğu ünvanda faktiki olaraq heç bir kəs yaşamamış və bu fakt Seyidbazar kənd İƏDÜ nümayəndiliyinin arayışı ilə də təsdiq olunmuşdur. Lakin 2022-ci ilin avqust ayında Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları Cəlilabad rayonu, Hacıismayıllı kəndində yerləşən evin sayğacına baxış keçirmiş və həmin sayğacda qaz itkisinə görə akt tərtib olunmuşdur. Həmin vaxt ona bu barədə hər hansı bir irad və ya akt tərtib olunmamışdır. Belə ki, həmin evdə yaşayış olmadığı halda Cavabdeh Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına mütəmadi olaraq baxış keçirmişlər və belə bir qaz itkisinin olması faktını nəzarətçilər aşkar etməmişdirlər. Mübahisəli akt tərtib olunan zaman onun iştirakı təmil edilməmiş və aktdan sonradan məlumatı olmuşdur. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 30 aprel 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 172,80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi ilə İddiaçı arasında bağlanmış 04 oktyabr 2022-ci il tarixli, X1-31-00386/22 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünürki, İddiaçı yaşayış evinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğac 04 oktyabr 2022-ci il tarixdə Dövlət yoxlamasından keçmiş, 04 oktyabr 2022-ci il tarixdə quraşdırılmış və müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilmişdir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 26 avqust 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış “Elster” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlanışına görə çıxarılmış, “Zener” tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin çıxarılmış qaz hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi, qaz itkisinin olması barədə qeydlər aparılmamışdır. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 30 aprel 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı evə baxış keçirilən zaman həmin evdə quraşdırılmış ******* nömrəli tipi “Elster” G-4 markalı sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən verilmiş 30 aprel 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacının hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması nəticəsində itirilmiş qazın sərfiyyatının 1440 m2 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X3 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünürki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin aprel ayına 172,80 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad rayonu Hacıismayıllı kəndində yaşayış evinə quraşdırılmış sayğacın növbədən kənar dövlət yoxlanışına görə dəyişdirərək başqa sayğac quraşdırmışlar. Sayğac dəyişdirildikdən bir müddət sonra sonra bilmişdir ki, akt tərtib olunarkən sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsi, qaz itkisinin olması qeyd edilmişdir. Halbuki, qeyd edilən sayğac dəyişdirilərkən heç bir sınıq və müdaxilə aşkar olunmamışdır. Sayğacı açıb apardıqdan sonra özləri istədikləri formada aktlaşdıraraq cərimə tətbiq etmişlər. Tərtib edilmiş aktda nə onun, nə də ki, onun ailə üzvlərinin imzası yoxdur. O, Lənkəran X3 İdarəsinin Cəlilabad xidmət sahəsinə gedərək aktla bağlı maraqlanmış və ona məlum olmuşdur ki, köhnə sayğacları açıb götürdükdən sonra bir çox abonentlərə qanunsuz olaraq müdaxilə yazmaqla cərimə tətbiq etmişlər. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 30 aprel 2023-cü il il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının çıxış plastmas borusunun deşilməsi göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, ******* nömrəli tipi «Elestr» G-4 markalı qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 30 aprel 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 1440 kubmetr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 26 avqust 2022-ci iltarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış 172,80 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtləki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edirki, iddia təmin edilərək, Lənkəran X3 İdarəsi tərəfindən tərtib olunmuş 30 aprel 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında abonentə hesablanmış 172,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. X4İstismar İdarəsi tərəfindən tərtib olunmuş 30 aprel 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında abonentə hesablanmış 172,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar