Məhkəmə qərarları › İş №2(073)-830/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-830/2023

10.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-830/2023 10.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X14» markalı ** EN *** dövlət nömrə nişanlı (hazırkı nömrəsi ** NC ***) avtomobilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı özünə məxsus «X14» markalı ** EN *** dövlət nömrə nişanlı avtomobili Şəmkir rayonu Bayramlı kəndində yaşayan, Tovuz RPŞ DYPB-nin İnzibati təcrübə üzrə inspektoru, polis kapitanı Cavabdeh1 ilə 56000 ABŞ dollarına alqı-satqısı ilə bağlı razılığa gəlmişlər. İddiaçının avtomobili Masallı rayonunda anasının (iddiaçının) həyətində olduğundan Cavabdeh1 gəlib ondan götürərək pulunu 1 həftəyə ödəyəcəyini bildirmişdir. Ona avtomobili sənədsiz Şəmkir rayonuna necə aparacağı barədə sual veriləndə yol polisi əməkdaşı olmasını və onu heç kimin saxlamayacağını bildirmişdir. İddiaçı da avtomobili sənədləşdirməsi üçün həmin avtomobilə dair Cavabdeh1 adına etibarnamə göndərmişdir. Lakin Cavabdeh1 avtomobili həmin etibarnamə əsasında iddiaçının adından çıxararaq xx.xx.2018-ci il tarixdə Tovuz RQİ və TBŞ-da qardaşı Cavabdeh2 adına rəsmiləşdirmişdir. Lakin pulu ödəmədiyindən o (iddiaçı) dərhal onun adına verdiyi etibarnaməni ləğv etdirmiş və Şəmkir rayon Məhkəməsinə avtomobilə dair iddia ərizəsi ilə müraciət etmişdir. Eyini zamanda, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Lakin avtomobilin üzərində xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən həbs olduğu halda həmin avtomobilə dair xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi əsasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qİİ-də Cəlilabad rayonu Təzəkənd kəndində yaşayan Cavabdeh3 adına qeydiyyat alınmışdr. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehdən avtomobillə bağlı pulu tələb etmişdir. Şəmkir rayon Məhkəməsində iddia tələbi təmin edilməsə də, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Şəmkir rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilərək Cavabdeh1 55000 ABŞ dollarının ödəniş anına manata məzənnəsi ilə alınıb iddiaçıya verilıməsi qət edilmişdir. Ancaq cavabdeh həmin avtomobilə dair alqı-satqı müqaviləsi bağlamaqla həmin avtomobilə tutmanın yönəldilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbinə əsasən mübahisə predmeti olan avtomobilin üzərinə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həbs qoyulduğundan o, özgəninkiləşdirilməməli idi. Lakin avtomobilin üzərində həbs olduğu halda həmin avtomobilə dair xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla avtomobil cavabdehin adından çıxarılmış və pul tələbinə dair iddianın təminat tədbiri qanunsuz olaraq özgəninkiləşdirilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onun nümayəndəsi və Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəməyə iddiaya etiraz göndərərək, etirazında iddianı əsassız hesab edərək, göstərmişdir ki, «X14» markalı ** EN *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı etibarsız hesab ediləməsi tələb olunan xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi mövcud deyildir. Çünki **-NC-*** dövlət qeydiyyat nişanı hal-hazırda mübahisəli «X14» markalı avtomobilin deyil digər avtomobilin üzərindədir. Mübahisəli «X14» markalı avtomobilin yeni qeydiyyat nişanı ona (cavabdehə) məlum deyildir. Eyni bu avtomobil hal-hazırda cavabdehin sahibliyində və istifadəsində də deyildir. Çünki avtomobil geri qaytarılmışdır. Eyni zamanda mübahisəli avtomobillə bağlı bağlanmış alqı-satqı müqaviləsi 2019-cu ildə məlum olsa da iddiaçı iddianı xx.xx.2022-ci il tarixdə qaldırmışdır. Bu səbəbdən də hesab edir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halı bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malik olduğu halda mübahisə açmamış və beləliklə də bu hüququnu itirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Həmin Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)- 3412/2019 saylı qərardadından görünür ki, həmin qərardadla İddiaçı nümayəndəsi X7 tərəfindən verilmiş şikayət təmin edilərək, Şəmkir rayon Məhkəməsinin 2(076)-2466/2019 saylı mülki iş üzrə xx.xx.2019-cu il tarixli və onunla bağlı xx.xx.2019-cu il tarixli qəradadları ləğv edilmiş, İddiaçı nümayəndəsi X4 ərizəsi təmin edilərək, «X14» markalı ** EN *** qeydiyyat nişanlı avtomomaşının özgəninkiləşdirilməsinə qadağa qoyulması qərara alınmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-3064/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir rayon Məhkəməsinin 2(076)-2466/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh1 «X14» markalı ** EN *** qeydiyyat nişanlı avtomobilin dəyəri qismində 55 000 (əlli beş min) ABŞ dollarının ödəniş anına manata məzənnə ilə ekvivalentində və məhkəmə xərci qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı Ağalı oğluna verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)-3064/2021 saylı qərardadından görünür ki, həmin qərardad ilə İddiaçı Cavabdeh1 qarşı əmlak və ya pul tələbinə dair mülki iş üzrə iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməsinə dair üçüncü şəxs Cavabdeh3 şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-3412/2019 saylı qərardadı ləğv edilmiş, həmin qərardadla «X14» markalı, ** EN *** qeydiyyat nişanlı (hazırda ** NC *** qeydiyyat nişanlı) avtomobilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa ləğv edilmişdir. İşdə olan Tovuz RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD 339232 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Land-Cruiser» markalı, ** EN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan «Toyota Land-Cruiser» markalı, 99EN470 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh3 satmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan qeydiyyat nişanı ** NC ***, Şəhadətnamə BB237742, ili 2013, Rəngi: Qara metallik Mühərrik 1GRA684226, Ban JTMHU09J4D4072837 TOYOTA LAND-CRUİSER MİNİK markalı avtomobili X1. İşdə olan xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan qeydiyyat nişanı ** CS ***, Şəhadətnamə BB237742, ili 2013, Rəngi: Qara metallik Mühərrik 1GRA684226, Ban JTMHU09J4D4072837 TOYOTA LAND-CRUİSER MİNİK markalı avtomobili X2. İşdə olan DİN BDYPİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)-3412/2019 saylı icra vərəqəsi əsasında «X14» markalı ** EN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyət həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(104)-3064/2021 saylı qərardadı əsasında götürülərək DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışıdr. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «Toyota Land-Cruiser» markalı, ** EN *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətində olmuş, həmin nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır. Daha sonra həmin nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən digər şəxsə satılmışdır. Hazırkı iş üzrə İddiaçı əvvəllər həmin nəqliyyat vasitəsi ilə bağlı məhkəmədə iddia qaldırmış və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-3064/2021 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Şəmkir rayon Məhkəməsinin 2(076)-2466/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, Cavabdeh1 «X14» markalı ** EN *** qeydiyyat nişanlı avtomobilin dəyəri qismində 55 000 (əlli beş min) ABŞ dollarının ödəniş anına manata məzənnə ilə ekvivalentində və məhkəmə xərci qismində iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı verilməsi qət edilmişdir. Lakin sonradan İddiaçı xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini mübahisələndirirək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına kecməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.2-ci maddəsnə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə iclasında iddiaçı tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmiş və iddiaçı tərəfindən tələbinin əsaslı olması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsində iddiaçının tələbini əsaslandırdığı xüsusatlar isə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz, yəni həmin xüsusatlar alqı-satqı müqaviləsinin etibarsızlığının əsasını təşkil etmir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə hazırkı iddiaya iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirərək, hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı müqavilə tələbləri üzrə nəzərdə tutulmuş üç illik müddəti ötürmədən, əvvəl də iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi baxılmamış saxlanılmış və iddiaçı yenidən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün iddia ərizəsində göstərdiyi və tələbinin hüquqi əsası kimi istinad etdiyi hallar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri baxımından əqdlərin etibarsızlığını şərtləndirən hallar olmadığından iddia tələbinə də bir illik müddət deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə üç illik iddia müddəti tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar