Məhkəmə qərarları › İş №2(073)-839/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-839/2023

28.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-839/2023 28.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** saylı (**********38 reyestr nömrəli) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın digər mülkiyyətçilərlə yanaşı ona (ərizəçiyə) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat xx.xx.2002-ci il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonunun Musalı kəndinin ərazisində 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun (ərizəçinin) və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən mülkiyyətçilərin adına xx.xx.2022-ci il tarixli (**********38 reyester nömrəli) çıxarış verilmiş, lakin həmin çıxarışda onun (ərizəçinin) adı “ Cavad ” əvəzinə səhvən “Cavid” kimi qeyd edilmişdir. Həmin torpaq sahəsinin naturada ayrılmasını istəyir, lakin qeyd edilən səbəbdən həmin hüququndan isitfadə edə bilmir. Həmin yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X28 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Cəlilabad rayon Aqrar İslahat xx.xx.2002-ci il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonunun Musalı kəndinin ərazisində 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun (şahidin), ərizəçinin və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən mülkiyyətçilərin adına xx.xx.2022-ci il tarixli (**********38 reyester nömrəli) çıxarış verilmiş, lakin həmin çıxarışda ərizəçinin adı “ Cavad ” əvəzinə səhvən “Cavid” kimi qeyd edilmişdir. Ərizəçi həmin torpaq sahəsinin naturada ayrılmasını istəyir, lakin qeyd edilən səbəbdən həmin hüququndan isitfadə edə bilmir. Həmin yanlışlığın düzəldilməsi üçün ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X24 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun xalasının oğludur. Cəlilabad rayon Aqrar İslahat xx.xx.2002-ci il tarixli, 13 saylı qərarı ilə Cəlilabad rayonunun Musalı kəndinin ərazisində 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ərizəçinin və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən mülkiyyətçilərin adına xx.xx.2022-ci il tarixli (**********38 reyester nömrəli) çıxarış verilmiş, lakin həmin çıxarışda ərizəçinin adı “ Cavad ” əvəzinə səhvən “Cavid” kimi qeyd edilmişdir. Ərizəçi həmin torpaq sahəsinin naturada ayrılmasını istəyir, lakin qeyd edilən səbəbdən həmin hüququndan isitfadə edə bilmir. Həmin yanlışlığın düzəldilməsi üçün ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (**********38 reyestr nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Musalı kəndinin ərazisindən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3, X1, X6, X13, X7, X4, X5, X14, X10, X15, X11, X16, X8 və X17 ümumi birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Cəlilabad rayon Ləkin kənd soveti tərəfindən verilmiş xx.xx.1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə doğulmuşdur, atası X21, anası X2r. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair **********38 reyestr nömrəli çıxarışda düzəliş edilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat xx.xx.2002-ci il tarixli 13 saylı qərarı ilə Cəlilabad rayonunın Musalı kəndinin ərazisindən 2.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçi və ailə üzvləri X3, X1, X6, X13, X7, X4, X5, X14, X10, X15, X11, X16, X8 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən mülkiyyətçilərin adına xx.xx.2022-ci il tarixli (**********38) reyester nömrəli çıxarış verilmiş, lakin həmin çıxarışda ərizəçinin adı “Cavad” əvəzinə səhvən “Cavid” kimi qeyd edilmişdir. Ərizəçi mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılmasını istəyir, lakin qeyd edilən səbəbdən həmin hüququndan isitfadə ediə bilmir. Həmin yanlışlığın düzəldilməsi üçün ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarədən ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (**********38 reyestr nömrəli) çıxarışın ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (**********38 reyestr nömrəli) çıxarışın X18, X12, X22, X29, X23, X19, X20, X30, X25, X31, X26, X28, X21 ilə yanaşı Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar