Məhkəmə qərarları › İş №2(073)-895/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-895/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-895/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi nümayəndəsi X* iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla sənədin məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsi tərəfindən verilmiş SX № 050*855 nömrəli hərbi biletin ona, yəni Ərizəçi məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X2 ərizəni müdafiə edərək, izahatında bildirmişdir ki, ərizəçi onun oğludur, xx xxxx *999-cu il tarixdə Cəlilabad rayon Ağdaş kəndində doğulmuşdur. Həqiqi hərbi xidmətə Maraqlı şəxs çağırışı əsasında 24 aprel 20*9-cu ildə hərbi xidmətə gedərək 03 aprel 202*-ci ildə həqiqi hərbi xidmətdən tədris olunmaqla həqiqi hərbi xidmətini başa vurmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2372 nömrəli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə tərtib olunmuşdur. Lakin hərbi biletində ərizəçinin ata adı "Cəmaləddin" əvəzinə yanlışlıqla "Kamaləddin" kimi yazılmışdır. Halbuki ərizəçinin adı, soyadı və ata adı "Ərizəçi"dur. Bununla bağlı Həqiqi hərbi xidmətə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Ərizəçi özü hazırda Rusiya Federasiyasındadır, orada müalicə alır. Fatkın təsdiqi ona veteran pensiyasının alınması üçün lazımdır. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslıdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi əsgərlik yoldaşıdır. Orxanla birlikdə döyüşmüşlər. Murovda döyüşünə görə Orxana medal verilmişdir. Bütün döyüşlərdə birlikdə olmuşlar. Sonradan o (şahid), yaralandığı üçün ayrılmışlar. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əmisi oğludur. Orxanın ata adı Cəmaləddindir. Qardaşlarının adları Sabit, Seymur, bacısının adı isə Rəqsanədir. Kəlbəcərdə döyüşünə görə Orxana medal verilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusudur. Ərizəçigil 3 qardaşdırlar - Orxan, Sabit, Seymur. Orxan 2020-ci ildə əsgərlikdə Murovda olub. Orxan Rusiyada yaşayırdı. Xəsarət almasını eşitməyib. İşdə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*999-cu ildə doğulmuşdur. İşdə olan A*-*983 saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli, 2372 nömrəli Sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur. İşdə olan SX № 050*855 nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi Kamaləddin oğlu 24 aprel 20*9-cu ildən 03 aprel 202*-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Həmin hərbi biletdə hərbi hissə tərəfindən aparılmış qeyddən görünür ki, ərizəçinin hərbi biletin birinci səhifəsindəki atasının adının “Cəmaləddin” düzəlişinə inanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi 24 aprel 20*9-cu ildən 03 aprel 202*-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Lakin SX № 050*855 nömrəli hərbi biletində ərizəçinin ata adı "Cəmaləddin" əvəzinə yanlışlıqla "Kamaləddin" kimi yazılmışdır. Bununla bağlı ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. Ərizəçinin atasının adının əslində “Cəmaləddin” olması hərbi hissənin özü tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 2*3, 2*6-220, 227, 233, 360 və 362-ci maddələrini, həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli Qərarında göstərilən hüquqi mövqeni rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs tərəfindən verilmiş SX № 050*855 nömrəli hərbi biletin Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar