Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-911/2024 30.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 2400 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 2400 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad şəhərində yaşayır. Yaşadığı ərazi üzrə hər bir vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Mərhum babası X2 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Babasından qalan əmlaka o yeni evə köçmüş və evə küçdüyü xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-ilə arasında müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında vaxtı-vaxtında istiafə olunan qaz haqqını ödəmişdir. Lakin vəfat etmiş babasının qaz sayğacına xx.xx.2022-ci il tarixdə Cavabdeh Lənkəran X6 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları həmin evə baxış keçirmiş və həmin sayğacdan guya kənar qeyri-qanuni xətt açılması və qazdan istifadə halı aşkar edilmişdir. Buna görə də 2400 manat borc yaranmışdır. Faktiki olaraq o ünvanda heç kim yaşamamışdır. Bunu şahidlərdə subut edə bilər. Həmin akt heç kim tərəfindən imza edilməmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa da onların tərəfindən müdaxilə edilməsi sübuta yetirilməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştikarı təmin edilməmişdir və həmin aktdan sonradan evə köçəndə məlumatı olmuşdur. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Lənkəran X5 İdarəsi ilə İddiaçı arasında bağlanmış 24 yanvar 2023-cü il tarixli, X1-31-00166/23 saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 26 iyul 2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Süleyman İsmayılovun yaşadığı evə quraşdırılmış “Elster” tipli, G-4 markalı, 10271959 nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlanışına görə çıxarılmış, “Zener” tipli, G-4 markalı, **********046 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17 noyabr 2022-ci il tarixli, ******* nömrəli Aktdan görünür ki, Lənkəran X5 İdarəsinin Cəlilabad Xidmət Sahəsi üzrə əməkdaşları tərəfindən Süleyman İsmayılova məxsus Cəlilabad şəhəri, M.F.Axundov küçəsində yerləşən yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış və abonentin sayğacdan kənar qeyriqanuni olaraq xətt açaraq təbii qazdan istifadə etməsi halı aşkarlanmışdır. İşdə olan Cavabdeh Lənkəran X6 İdarəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsindən» görünür ki, İddiaçı fərdi yaşayış evində olan «Zenner» G-4 markalı qaz sayğacından kənar qeyri-qanuni xətt açılaraq qazdan istifadə edilməsi nəticəsində itirilmiş qazın dəyərinin 11079 kub metr olması müəyyən olunmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli, 121/12 saylı ölüm haqqında arayışdan görünür ki, X2 31 dekabr 2009-cu il tarixdə Cəlilabad şəhərində ölmüşdür. İşdə olan Cavabdeh Lənkəran X6 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin noyabr ayına 2086,40 manat borc yazılmışdır. İş materiallarında olan mötəbər sübutlardan (video çəkilişlərdən) da göründüyü kimi İddiaçı sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etdiyinə görə akt əsasında dəymiş ziyan formasında borc hesablanmışdır. Nəticədə İddiaçı Cavabdehnə yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi halına görə borcu yaranmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazlarıüçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə Cavabdehnə qarşı 17 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və əsassız yazılmış 2400 manat borcun silinməsi ilə bağlı qeyd edir ki, İddiaçı bu tələbi aşağıdakı səbəblərdən haqlı sayıla bilməz. Belə ki, iş materiallarında olan mötəbər sübutlardan da göründüyü kimi İddiaçı sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etdiyinə görə akt əsasında dəymiş ziyan formasında borc hesablanmışdır. Nəticədə İddiaçı Cavabdehnə yaşayış sahəsində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etməsi halına görə borcu yaranmışdır. Odur ki, məhkəmə İddiaçı 17 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və hesablanmış 2400 manat borcun silinməsi tələbinə dair iddiasını əsassız hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 2400 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X5 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 noyabr 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab olunması və akta görə abonent hesabına əsassız olaraq hesablanmış 2400 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-911/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-911/2024
30.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver