Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-991/2023 13.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X4 X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsinə və həmin akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Uzuntəpə kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edərək, müvafiq ödənişlərini edir. 2022-ci ilin sentyabr ayında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacın istismar müddəti bitdiyindən növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilmiş, yenisi ilə əvəz edilmiş və bununla bağlı ******* saylı akt tərtib edilmişdir. 28 fevral 2023-cü il tarixdə isə ******* saylı akt tərtib edilmiş və aktda sayğacın çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İddiaçı həmin aktı əsassız hesab edir. Belə ki, qaz saycağı çıxarılan zaman sayğacda heç bir qüsur olmamış və həmin vaxt sayğacı çıxaran əməkdaşlar da hər hansı bir qüsurun olduğunu aşkar etməmişlər. Sayğaca isə iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. Qaz sayğacında sonradan aşkar edilmiş qüsurdan iddiaçının məlumatı yoxdur. Aktda qeyd olunmuş sayğaca edilən müdaxilənin qəsdən iddiaçı tərəfindən edilməsi mümkünsüzdür, çünki bu iddiaçının bilərəkdən özünə zərər vurması deməkdir Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Azəriqaz» X2 X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, stansiya Novoqolovka küçəsi ünvanında yerləşən Zərifə Şahaliyevaya məxsus mənzilə quraşdırılmış “Elster” tipli G-4 markalı sayğac növbəti dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və «Zenner G4» markalı sayğacla əvəz edilmişdir. İşdə olan «Azəriqaz» X2 X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akta əsasən 1555.2 manat borcu (cərimə) vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Cəlilabad rayonu Uzuntəpə kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır və təbii qazdan istifadə edərək, müvafiq ödənişlərini edir. 2022-ci ilin sentyabr ayında «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən iddiaçının evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün dəyişdirilmiş və bununla bağlı ******* saylı akt tərtib edilmişdir. 28 fevral 2023-cü il tarixdə isə «Azəriqaz» İB X9 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən ******* saylı akt tərtib edilmiş və aktda sayğacın çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi aşkar edilmişdir. Həmin akt əsasında iddiaçının abonent hesabına cərimə yazılmışdır. İddiaçı həmin aktı və akt əsasında hesablanmış cəriməni əsassız hesab edir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edildi. «Azəriqaz» X4 X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilən zaman da həmin aktda sayğacda hər hansı qüsurun olduğunun aşkar edildiyi qeyd edilməmişdir. Buna görə də qeyd olunan həmin mübahisəli akt əsaslı sayıla bilməz. Həmin qaz sayğacında aşkar edilmiş qüsurun başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının 30 iyun 1998-ci il Qanununun 3-cü maddəsinin 7-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istisarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. «Azəriqaz» İB Lənkəran X8 İdarəsi tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1 555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-991/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-991/2023
13.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver