Məhkəmə qərarları › İş №2(073)-993/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-993/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-993/2023 19.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 JN-164, KOD 80624018 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının və JN-166A, KOD 80624018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-164, KOD 80624018 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının və JN-166A, KOD 80624018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, digər Ərizəçi2 ilə ailə həyatı quraraq, nikahlarını 25 iyul 1986-cı il tarixdə rəsmiləşdirmişlər. Nikahdan sonra arvadı onun soyadına (Abasova) keçmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Şiləvəngə kəndində 1,02 ha kənd təsərrüfatı təyinatlı və 0,16 ha həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin onlara verilməsinə dair JN-164, KOD 80624018 nömrəli Dövlət aktı və JN-166A, KOD 80624018 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Lakin həmin Dövlət aktında və şəhadətnamə onun adı “Kamil” əvəzinə “Kamal” kimi, arvadı Tamaranın soyadı isə “Abasova” əvəzinə qızlıq soyadı ilə “Həsənova” kimi yazılmışdır. Bu səhvlər onların sənədləşmə işlərində maneələr yaradır. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı DƏDRX-nin 8 saylı ərazi idarəsinə müraciət etmiş, lakin orada həmin faktların onlara məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilərək JN-164, KOD 80624018 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının və JN-166A, KOD 80624018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 Ərizəçi1 göstərdiyi xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-164, KOD 80624018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Ərizəçi1 və Ərizəçi2 mülkiyyətlərinə Cəlilabad rayonu Şiləvəngə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,02 hektar torpaq sahəsi verilmişdir. İşdə olan JN-164, KOD 80624018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Ərizəçi1 və Ərizəçi2 mülkiyyətlərinə Cəlilabad rayonu Şiləvəngə kəndində 0,16 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan İV-JQ 252382 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X3 nikahlarını 25 iyul 1986-cı il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 saylı qeydiyyat aparılaraq, arvada Abasova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Şiləvəngə kənd İƏDÜN tərəfindən 164 nömrə ilə qeydə alınmış təsərrüfatbaşı kitabdan çıxarışdan görünür ki, Ərizəçi1 və Ərizəçi2 qeydiyyata alınmışlar. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə ərizəçilərin mülkiyyətlərinə Cəlilabad rayonu Şiləvəngə kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 6,10 hektar və həyətyanı 0,16 ha torpaq sahələri verilmiş və bu barədə JN-164, KOD 80624018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı və JN-166A, KOD 80624018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Həmin Dövlət aktında və şəhadətnamədə səhvən ərizəçilər Ərizəçi1 yazılmalı olduğu halda X2, Ərizəçi2 yazılmalı olduğu halda X1 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-164, KOD 80624018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN-166A, KOD 80624018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktların müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin faktlar ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-164, KOD 80624018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN-166A, KOD 80624018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-164, KOD 80624018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN-166A, KOD 80624018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar