Məhkəmə qərarları › İş №2(074)-1/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1/2025

13.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1/2025 13.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsində Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evinin, Cavabdeh1 çəkdiyi yolun, elektrik verilişi xətti üçün basdırdığı dirəklərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək, ona təhvil verilməsi, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Böyük Xınıslı kəndi ərazisində yerləşən 0.94 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmış və bu barədə adına RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-10/2016 saylı 05 aprel 2016-cı il tarixli qətnaməsi ilə ona məxsus 0,94 ha torpaq sahəsinin koordinatlarının yerində (naturada) müəyyən edilərək, onun pay torpağının üzərindən sıralama tökülmüş çay daşlarının götürülməsi, torpaq sahəsinin cənub-şərq hissəsindəki (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və icra sənədi üzrə göstərilən tələblərin bir qismi, yəni ona məxsus 0,94 ha torpaq sahəsinin koordinatın yerində (naturada) müəyyən edilmiş, pay torpağının üzərində sıralama tökülmüş çay daşları götürülmüşdür. xx.xx.2018-ci il tarixdə icra sənədi üzrə göstərilən mübahisəli ünvanda olarkən həmin evdə icra sənədində göstərilən borcluların deyil, icra sənədində göstərilməyən şəxslərin yaşadığı müəyyən edilmiş və bu barədə akt tərtib olunmuşdur. Cavabdehlərdən Cavabdeh2 ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmiş, Cavabdeh1 isə ona məxsus torpaq sahəsindən yol çəkmiş və elektirik verilişi xətti üçün dirəklər basdırmışdır. Evi, yolu və dirəkləri söküb, torpaq sahəsini əvvəlki vəziyyətinə gətirməklə, özünə qaytarmalarını tələb etmiş və cavabdehlər bundan imtina etmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı Şamaxı rayonu, Böyük Xınıslı kəndində xüsusi mülkiyyətində 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 saylı qətnaməsi ilə İddiaçı (RX seriya ******* çıxarışa əsasən) məxsus 0,94 ha torpaq sahəsinin koordinatları yerində (naturada) müəyyən edilərək, iddiaçının pay torpağının üzərindən sıralama tökülmüş çay daşlarının götürülməsi, torpaq sahəsinin cənub şəq hissəsində (0,03 ha)fərdi yaşayış evi çıxarılmaqla boşaldılması qət edilmişdir. İş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli 2(074)-82/2019 saylı qərardadı ilə, Cavabdeh2 tərəfindən Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli 2(074)-10/2016 saylı qətnaməsindən apellyasiya şikayəti verildiyi üçün, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin geri qaytarılmasına dair” mülki işin icraatı dayandırılmışdır. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-20/2022 saylı qətnaməsi ilə Şamaxı Rayon Məhkəməsinin 05 aprel 2016-cı il tarixli, 2(074)-10/2016 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə, yəni “iddiaçıya məxsus torpaq sahəsinin cənub-şərq hissəsində (0,03 ha) fərdi yaşayış evinin çıxarılmaqla boşaldılması hissəsində ləğv edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-749/2023 saylı qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-20/2022 nömrəli mülki iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2025-ci il tarixli 3-16-16/2-10/4706/2024 saylı ekspert rəyində göstərilir ki, İddiaçı baxış zamanı təqdim etdiyi torpaq sahəsinin koordinatları ilə onun mülkiyyətinə verilmiş Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 0,94 ha torpaq sahəsinin koordinatlarının (torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) üst-üstə düşmədiyi və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Şamaxı rayonu Böyük Xınıslı kəndində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş AA seriyalı 002158 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində hər hansı bir tikili (ev, yardımçı tikili və s) yol, elektrik xətti üçün dirəklərin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə baxışı zamanı İddiaçı təqdim etdiyi torpaq sahəsinin koordinatları ilə onun mülkiyyətinə verilmiş Şamaxı rayonu, Böyük Xınıslı kəndində yerləşən 0,94 ha torpaq sahəsinin koordinatlarının (torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən) üst-üstə düşmədiyi və İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Şamaxı rayonu Böyük Xınıslı kəndində yerləşən 0,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş AA seriyalı 002158 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daxilində hər hansı bir tikili (ev, yardımçı tikili və s) yol, elektrik xətti üçün dirəklərin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia təmin oluna bilməz. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat pul İddiaçı oğundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı ona məxsus torpaq sahəsində Cavabdeh2 inşa etdiyi fərdi yaşayış evinin, Cavabdeh1 çəkdiyi yolun, elektrik verilişi xətti üçün basdırdığı dirəklərin cavabdehlərin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək, ona təhvil verilməsi, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi təmin olunmasın. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat pul İddiaçı oğundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X3 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar