Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1018/2025 14.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Natiq İsmayılov Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız yazılmış borc məbləğinin silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona hesablanmış 1594,97 manat borc məbləğinin onun **********00640 saylı abunə hesabından silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Q.Nəbi küçəsi, ev 8-də yaşayır. Özü isə ailəsi ilə Kəlbəcər rayon qaçqınıdır. Yaşadığı Şamaxı rayonu, Mədrəsə qəsəbəsindəki evdə istifadə etdiyi qaz sayğacının abonent kodu **********00640 ilə rəsmiləşdirilmişdir. Bundan əvvəlki qaçqın kimi istifadə etdiyi dövlət tərəfindən quraşdırılmış qaz sayğacı yeni Smart tipli sayğac quraşdırıldıqdan sonra əvvəlki istismar müddəti bitmiş sayğac qaz idarəsi işçiləri tərəfindən sökülüb aparılmışdır. Abonentin saldosundan və məcburi köçkün vəsiqəsindən görünür ki, onlar Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsidir. Lakin sonradan onlara borc məbləğinin yaranması bildirildi. Bu hal abonentin saldosundan görünür ki, ona müxtəlif məbləğlərdə əsassız qaz borcları yazılmış və yekunda 1594,97 manat borc hesablanmışdır. Yəni bu yeni sayğacın hesablamasına görə borc yazılmışdır. Onlar məcburi köçkün ailəsidir və heç vaxt qaz sərfiyyatı üçün borcları olmamışdır. Onlar Kəlbəcər rayonundan məcburi köçkün kimi Şamaxı rayonunda məskunlaşıblar. O, istehlakçı kimi yaşadığı Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən, ondan tələb edilən borc məbləği 2017-ci il üçün hesablanmışdır. İstifadə etdiyi təbii qazın dəyərini həmişə ödəmişdir. Hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən, tam hesablamalıdır və hər ay istehlakçıya hesab göndərməlidir. Ona isə qaz borcuna görə bildiriş verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh tərəfindən ona hesablanmış borc əsassızdır. Ona görə də iddia təmin edilməli, qanunsuz hesablanmış borc silinməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq abonent koduna hesablanaraq vurulmuş 1594,97 manat debitor borcun silinməsini xahiş etmişdir. İddia əsassızdır və təmin edilməməlidir. Azəriqaz” X4 X7 İdarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə 2010-ci ilin sentyabr ayında qaz sayğacı quraşdırılmış, abonentin qaçqın statusu olduğundan abonentə 2016-cı il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2016-cı ilin dekabr ayına kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, İddiaçı 2011-ci il üçün 168 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 168 manat, 2014-cü il üçün 168 manat, 2015-ci il üçün 168 manat və 2016-cı il üçün 150 manat ayrılmışdır. Lakin abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək 2016-cı ilin dekabr ayına kimi 1594.97 manat borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. İddiaçı mənzilinə 2017-cı ilin mart ayında SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-cı il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 20%-i həcmində ümumilkdə 799,80 manat tutularaq abonent bazasında olan borcdan silinmişdir. Hal-hazırda abonentin 795,19 manat borcu vardır. Cavabdeh 2017-ci il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasınından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2017-ci ilin mart ayından başlayaraq keçən 8 (səkkiz) il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Belə ki, iş materiallarında olan AA 370785 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1974-cü il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. 1993-cü il tarixdə daimi yaşayış yerini tərk etmişdir. Vəsiqə Dövlət qaçqın komun 28 sentyabr 2024-cü il tarixli qərarına əsasən verilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********00640 nömrəli sayğac üzrə İddiaçı təbii qazın istifadə limiti 2010-cu ilin noyabr və dekabr ayları üçün 23,10 manat, 2011ci il üçün 168 manat, 2012-ci il üçün 168 manat, 2013-cü il üçün 168 manat, 2014-cü ili üçün 168 manat, 2015-ci ili üçün 168 manat və 2016-cı il üçün 150 manat ayrılmışdır. İş materiallarında olan **********00640 nömrəli sayğac üzrə abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 1594,97 manat manat borc hesablanmışdır. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 aprel 2025-ci il tarixli, 5-75-13/2-85/2025 nömrəli arayışından görünür ki, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi , Q.Nəbi küçəsi, 8 nömrəli evdə müvəqqəti yaşayan, xx.xx.1974-cü ildə anadan olmuş, İddiaçı ailə üzvləri aşağıdakı kimidir: 1. X5 - xx.xx.1982-ci il - arvadı; 2. X1 - xx.xx.2000-ci il - qızı; 3.X3 - xx.xx.2003-cü il - oğlu; Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanının 9cu bəndinə əsasən "Azərenerji" və "Azəriqaz" səhmdar cəmiyyətləri elektrik enerjisi və təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınlar, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verməsinlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının yaşadığı ev Cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra iddiaçının yaşadığı evə Smart-kart tipli sayğac quraşdırılımışdır. İddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı ayrılımış qaçqın limitindən artıq istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun bu əsasla təbii qazdan istifadəyə görə 1594,97 manat manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının istifadə etdiyi təbii qaza görə yaranmış borc məbləğinin silinməsi ilə bağlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “əsassız yazılmış borc məbləğinin silinməsi” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1018/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1018/2025
14.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver