Məhkəmə qərarları › İş №2(074)-103/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-103/2025

17.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-103/2025 17.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi nümayəndəsi X8 iştirakları ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2ində qeydiyyatda olmaqla yaşayan anası 10 may 1967-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Şamaxı şəhərində yuxarıda qeyd olunan ünvanda yaşayır. Onunla birgə yaşayan xx.xx.1967-ci il təvəllüdlü (Ş/V AZE 16394084, FİN: 2CH7GTU) X17 adlı xəstə anası var. O, xəstəliyi ilə əlaqədar əmək qabiliyyətsizdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən verilmiş 04482 saylı, 22 sentyabr 2023-cü il tarixli tibb vərəqindən görünür ki, anası X5 psixi və nevrotik xəstədir. Anası X6 Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək stasionar müayinə və müalicədə olmuşdur. X4 "Dissosiativ-konversion pozuntu depressiv Azərbaycan Republikası əlamətlərlə tibbi diaqnozu qoyulmuşdur. X2 əlillik dərəcəsi verilməsi üçün onun sənədləri Tibbi Sosial Ekspert Komissiyasına (TSEK) göndərilmişdir. Lakin bunun hələlik bir cavabı yoxdur. Qeyd edir ki, anası X1 ağır olması ilə əlaqədar özü-özünü idarə edə bilmir, hərəkərlərini idarə edə bilmir. Onunla bağlı hər hansı bir iş olarkən onlar heç nə edə bilmir, onlardan qəyyumluq sənədi tələb edilir. Bu səbəbdən hazırda ona qəyyum təyin olunmalıdır. Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qayyumluq və Himayəçilik Orqanına müraciət edib. Ona bildirilib ki, məhkəməyə müraciət etməlidir, məhkəmə anasının fəaliyyət qabiliyyətli şəxs olub olmamasını müəyyən etməlidir. Yuxarıda təqdim etdiyi tibbi sənədlərdən görünür ki, X7 həqiqətən də ağır xəstədir və Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. O, özünü idarə etmək iqtidarında deyil. Məhkəmə zəruri hesab edərsə, onun barəsində tibbi, psixiatriya ekspertizası da təyin edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X15 ərizəni müdafiə edərək, təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Şamaxı rayon İHB-nin Qəyyumluq və Himayəçilik üzrə komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan XVİİ-ЖГ № 339862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1992-ci ildə Şamaxı rayonunda anadan olub. X3, anası X9r. İş materiallarında olan ambulator kitabçadan № 11372018 saylı çıxarışdan görünür ki, 10 may 1967-ci il təvəllüdlü X14 qarışıq dissosiativ (konversion) pozğunluqlar diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 79 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X13 qarışıq dissosiativ-konversion pozuntu aşkar olunur. Yoxlanılan şəxs X13 müəyyən edilən qarışıq dissosiativ-konversion pozuntuda psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, o öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmasın. S.Ə.Balayeva öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Beləliklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X16 hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 79 saylı rəyi ilə müəyyən edilmişdir ki, ünvan 2i ünvanında yaşayan 10 may 1967-ci il təvəllüdlü X17 fəaliyyət qabiliyyətlidir. Bununla da məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi (maraqlı şəxs Şamaxı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiya) “fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar