Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1033/2021 08.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi üzrə mülki işə Şamaxı şəhərində, Şamaxı rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,10.05.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 438 (dörd yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, 25.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75448 X1 9 markalı telefon, İMEİ kodu **********56454 X1 9 Pro markalı telefon üçün 942(doqquz yüz qırx iki) manat ödənilməmiş hissə, 94(doxsan dörd) manat cərimə ümumilikdə 1517 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 10.05.2020-ci il və 25.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İİOFFMANN markalı soyuducu və İMEİ kodu **********75448 X1 9 markalı telefon, İMEİ kodu **********56454 X1 9 Pro markalı telefon almış və nəticədə 1517 (min beş yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1134 manat (min yiiz otuz dörd) manat (12 ay x 87.5 manat + 84 manat ilkin ödəniş) İİOFFMANN markalı soyuducu üçün ümumilikdə, 481 (dörd yüz səksən bir) manat olmaqla ondan, 438 (dörd yüz otuz səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 43 (qırx üç) manat cərimə; 25.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1559 (min beş yiiz ədi doqquz) manat (12 ay x 118 mancıt + 143 manat ilkin ödəniş) İMEİ kodu **********75448 X1 9 markalı telefon, İMEİ kodu **********56454 X1 9 Pro markalı telefon üçün ümumilikdə, 1036 (min otuz altı) manat olmaqla ondan, 942 (doqquz yüz qırx iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 94 (doxsan dörd) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1313 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmədən 10.05.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı soyuducu üçün 438 (dörd yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə, 25.08.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********75448 X1 9 markalı telefon, İMEİ kodu **********56454 X1 9 Pro markalı telefon üçün 942(doqquz yüz qırx iki) manat ödənilməmiş hissə, 94(doxsan dörd) manat cərimə ümumilikdə 1517 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş olunur. İş materiallarında olan 25 avqust 2020-ci il tarixli 21108536 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telekom MMC-dən İMİEİ kodu **********75448 **********95445 Xiaomi Redmi Note 9 markalı telefon, İMEİ kodlu **********56454 **********86451 X1 9 Pro markalı telefon almışdır. İş materiallarında olan 10 may 2020-ci il tarixli 20272737 saylı müqavilədən görünür ki, Cavabdeh ABC Telekom MMC-dən HOFTMANN Nİ-172 S soyuducu almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 10 may 2020-ci il tarixli müqavilə üzrə "xxxx" MMC-yə aldığı soyuducuya görə 438 manat əsas ödənilməmiş borc, 43 manat cərimə, 25 avqust 2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə ödənilməmiş 942 manat manat, 94 manat cərimə borcu olmaqla 1380 manat əsas borc, 137 manat cərimə borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 28 avqust 2020-ci il müqavilə üzrə mövcud borcunu ödəməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 12.08.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, məhkəmə bildirişini almış Cavabdeh iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Cavabdeh isə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh HOFFMANN markalı soyuducu üçün 438 manat ödənilməmiş hissə, 43 manat cərimə, İMEİ kodu **********75448 X1 9 markalı telefon və İMEİ kodu **********56454 X1 9 Pro markalı telefonlar üçün 942 manat ödənilməmiş hissə, 94 manat cərimə ümumilikdə 1517 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-6.1, 284-6.2, və 284-6.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh HOFFMANN markalı soyuducu üçün 438 manat ödənilməmiş hissə, 43 manat cərimə, İMEİ kodu **********75448 X1 9 markalı telefon və İMEİ kodu **********56454 X1 9 Pro markalı telefonlar üçün 942 manat ödənilməmiş hissə, 94 manat cərimə ümumilikdə 1517 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №2(074)-1033/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1033/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver