Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-104/2023 22.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şamaxı rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesaba vurulmuş 1899,36 manat qaz sərfiyyatına görə pulun iddia müddəti buraxıldığı üçün hesabından silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 1957-ci ildə Azərbaycan Respublikası Ağdam rayonun Qiyaslı kəndində anadan olmaqla 1994-cü ilədək Ağdamda yaşamışdır.1994cü ildə erməni işğalı nəticəsində ailələri ilə birlikdə ünvan 1 ünvanda məskunlaşmışdır və halhazırda həmin ünvanda yaşayır. Eyni zamanda o İİ dərəcəli Çernobl əlilidir. Təbii qaz sərfiyyatına nəzarət və bununla bağlı və digər işlərə hazırda hüquqi şəxs “Azəriqaz” İB X6 İstismar idarəsi Şamaxı xidmət sahəsi tərəfindən aparılır. Şamaxı xidmət sahəsində olan xx.xx.2022-ci il tarixdə bağlanmış AKX-04371xx/xx-2022 nömrəli müqaviləsinə əsasən **********01880 abunə kodu ilə ünvan 4-də qeydə alınmaqla qaz istehlakçısıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyatı qərarına əsasən məcburi köçkün olaraq bir müddət kommunal Xidmətləri o cümlədən qaz sərfiyyatı üzrə borclar Dövlət tərəfindən ödənilirdi. Sonradan isə qaz sərfiyyatına görə ödəmələr hər bir istehlakçı o cümlədən qaçqınlar üçün eyni qaydada müəyyən edilərək aprılırdı. xx.xx.2016-cı ildən qaz üzrə smartkart tipli sayğacdan istifadə etmiş, 17 avqust 2022-ci ildə qaz sərfiyyatı yeni smartkart sayğacla əvəz edilmişdir, onda olan sənədlərin heç birində qaz sərfiyyatına görə borcunun olması göstərilməmişdir. Təxminən oktyabr 2022-ci il tarixdə ona məlum oldu ki, qaz abunə kodunda 1899,36 manat debitor borcu var. Şamaxı qaz istismar sahəsinə aydınlaşdırmaq üçün müraciət etdikdə ona bildirdilər ki, həmin borc əsasən 2010-2017–ci il yanvar ayının 1-dək yaranıb bu isə tamamilə əsasız və qanunsuz hesablanmış borcdur. Beləki oktyabr 2022-ci il tarixdə ona təqdim olunmuş abonent saldosundan görünür ki, 2016-cı il yanvar və 2017-ci il yanvar-fevral aylarında borc və qalıq qrafikasında heç bir borcu yoxdur. 2017-ci il mart ayında isə birdən birə 2283,99 manat məbləğində abonent koduna əsassız və qanunsuz olaraq yığılmış və ondan xəbər alınmadan ödəmələr tutulmaqla 2022-ci ilin sentyabr ayına qədər 1899,42 manat debitor borc qalığı yığılmışdır. Abonent koduna yığılmış göstərilən borcun əsassız və qanunsuz olmasını bununla əsaslandırır ki, qaz istifadə qaydalarına dair Azərbaycan Respublikasının Prezdentinin müvafiq sərəncamı və Azərbaycan Respublikası Nazirlər kabinetinin 2011-ci il 12 may tarixli və digər qərarlarının tələblərinə əsasən istehlakçıya təbii qaz verilməsi bağlanmış müqaviləyə əsasən həyata keçirilməklə qaz sərfiyyatına dair hər ay istehlakçıya hesab təqdim etməli sonra bir ay müddətinə borcun ödənilməsini tələb edən və əks təqdirdə qaz verilməsinin dayandırılması barədə yazılı bildiriş göndərilməli borc ödənilmədikdə məhkəmə vasitəsi ilə ödəniş təmin edilməlidir. Cavabdeh tərəfindən qaz sərfiyyatına dair qanunvericiliyin tələbləri icra edilməməyinin səbəbi qaz sərfiyyatına görə onun həqiqətdə heç bir borcunun olmaması ilə izah edilir. Daha sonra ilkin iddia üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh “Azəriqaz” İstehsalat birliyi ilə əvəz edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş qeyri təbii qazdan istifadəyə görə yaranmış 1899,36 manat borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 39 manat dövlət rüsumunun, ümumilikdə isə 1938,36 manat tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X2 RQİİ-nin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə xx.xx.2016-ci il tarixdə SMART kart tipli qaz sayğacı quraşdırılmışdır. 2016-cı il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 50 %-i həcmində tutularaq abonent bazasında olan borcdan silinmişdir. Cavabdeh 2016-cı il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasın razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2016-ci il dekabr ayından başlayaraq keçən 5 il ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Cavabdehin hazırkı vaxta yaranmış 1899,36 manat borcu vardır ki, həmin borc real sayğac göstəricisi əsasında yaranmışdır. Cavabdeh İddiaçı mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırılmış, abonentin qaçqın statusu olduğundan abonentə 2017-ci il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2017-ci il tarixə kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir.Belə ki, 2010-cu il oktyabr, noyabr, dekabr ayları üçün 36 manat, 2011-ci il üçün 168 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 168 manat, 2014-cü il tarixə kimi 168 manat, 2015-ci il üçün 168 manat və 2016-cı il üçün 168 manat ayrılmışdır. Lakin abonent İddiaçı ayrılmış limitdən artıq istifadə edərək 2017-ci ilin fevral ayına kimi 2283,9 manat borcu yaranmış və yaranmış borc İddiaçı abonent bazasında öz əksini tapır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən cavabdeh istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparılmamışdır. Eyni zmanda cavabdeh İddiaçı ilə Azəriqaz İB arasında qazdan istifadə ilə bağlı AKX-04371xx/xx-2022 saylı xx.xx.2022-ci il tarixdə müvafiq qaydada müqavilə bağlanmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbin uyğun izahat verərək lkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. İlkin iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan görünür ki, ünvan 3i ünvanında yaşayan “İstehlakçı” İddiaçı (abonent kodu **********01880) şəxsində imzalanır və qarşılıqlı təsdiq edilir ki, xx.xx.2016-cı il tarixinə sayğac göstəricisinə uyğun olaraq istifadə edilmiş təbii qaza görə “İstehlakçı”-nın debitor borcu 2283 manat və sökülən sayğac “Qazsazlama” idarəsində dövlət yoxlamasından keçirildikdən sonra müdaxilə halı aşkar olunarsa hesablanacaq dəymiş ziyanın məbləği dəyərində təşkil edir. Tərəflər həmin borcun ödənilməsi üçün aşağıda göstərilən şərtlərə razılığa gəldilər: “İstehlakçı” bu protokola uyğun olaraq hesab kodunda olan debitor borcunun 3E bazasına (ödəmə kartına) keçirilməssi şərtilə ödənilməsini təmin edir və borcunu ödəmədiyi halda, Azərbaycan Respublikasının “Qaz Təchizatı haqqında” Qanununun 13 maddəsinin 6-cı bəndinə əsasən qaz təchizatının dayandırılmasına etiraz etmir. İş materiallarında olan İddiaçı ərizəsindən görünür ki, təbii qazdan istifadəyə görə hesabında yaranmış 2283 manat debitor borcun 3E bazasına keçirilməsinə və kartdan hissəhissə tutulmasına etiraz etməmiş və imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 637 saylı Şamaxı rayonu bölməsində məsləhətçinin arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Şamaxı şəhəri, M.Hüseynzadə küçəsi ev 12 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı abonent olduğu ünvan 3ində yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G-4T nömrəsi **********820 saylı, sayğac üzrə 1899,36 manat debitor borcu yaranmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/19 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2(074)-1294/2022 saylı mülki işdə olan xx.xx.2016-cı il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma prtokolunun aşağısındakı “istehlakçı” sözündən əvvəlki “İmza” İddiaçı tərəfindən icra olunmuşdur. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 110 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 356 saylı “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında" fərmanına əsasən "Azəriqaz" Səhmdar Cəmiyyəti (bundan sonra “Azəriqaz” İstehsalat Birliyi) təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməli, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə almalı, enerjidaşıyıcılarından müəyyən olunmuş normalardan və limitlərdən artıq istifadə edilməsinə yol verilməməlidir. İşlədilən hər kub metr qazın dəyəri ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 5.5-ci bəndinə əsasən, qaz qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Krea torun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkə və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazla təchiz edilmiş, daha sonra ilkin iddia üzrə iddiaçının yaşadığı fərdi yaşayış evinə Smart-kart tipli sayğac quraşdırılımışdır. İlkin iddia üzrə iddiaçı təbii qazdan istifadə etsə də, təbii qazdan istifadəyə görə ödənişləri yerinə yetirməmişdir. Abonent saldosundan görünür ki, ilkin iddia üzrə iddiaçı təbii qazadan ayrılımış qaçqın limitindən artıq istifadə etmiş və yaranmış borcunu ödəməmişdir. Onun təbii qazdan istifadəyə görə 1899,36 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçının evinə qaz sayğacı 2016-cı il tarixdə quraşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2010-cu il tarixə 278,70 manat borcu yaranmışdır. Lakin həmin borcun yaranması ilə əlaqədar ilkin iddia üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı mötəbər sübut qarşılqlı iddia ərizəsinə əlavə edilməmiş, həmçinin məhkəmə iclasında təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, hesablanmış 278,70 manat İddiaçı abunə hesabından silinməli, qarşılıqlı iddia qismən təmin edilməli İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 1620,66 manat borc məbləği tutularaq ’’Azəriqaz” İstehsalat Birliyinə ödənilməli, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 39 manat dövlət rüsumu İddiaçı tutularaq “Azəriqaz” İstehsalat Birliyinə, keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. “Azəriqaz” X2 X5 İdarəsi tərəfindən hesablanmış 278,70 manat borc məbləği İddiaçı abunə hesabından silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 4 ünvanında yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 1620,66 manat borc məbləği və dövlət rüsumu kimi ödənilmiş 39 manat pul tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı 110 manat məbləğində ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-104/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-104/2023
22.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver